"Yoldaş" Fanzin Feyral 2017 | Page 9

görürdü. Dini şüur və dini təsəvvürün nə demək olduğuna sonralar müxtəlif şəkildə tərif verilirdi. Bütün tərəqqi ondan ibarət idi ki, zahirən hakim olan metafizik, siyasi, hüquqi, əxlaqi və başqa təsəvvürlər də dini təsəvvürlər və ya ilahiyyat təsəvvürləri sahəsinə gətirilib çıxardılırdı, bir də ondan ibarət idi ki, siyasi, hüquqi və əxlaqi şüur dini şüur və ya ilahiyyat şüuru elan edilirdi, müəyyən siyasi, hüquqi, əxlaqi keyfiyyətlərə malik insan isə— nəticə etibarı ilə“ ümumiyyətlə insan”— dindar insan kimi qələmə verilirdi. Dinin hökmranlığı əvvəlcədən fərz edilirdi. Hökmran olan hər bir münasibət yavaş-yavaş dini münasibət kimi elan edilməyə başlanır və pərəstişə çevrilirdi,— hüquqa pərəstiş, dövlətə pərəstiş və i. a. şəklini alırdı. Hər yerdə yalnız ehkam və ehkama inam var idi. Dünya getdikcə daha böyük həcmdə dini qanunlara tabe edilirdi, o qədər ki, nəhayət, çox möhtərəm müqəddəs Maks 6 onu en bloc 7 müqəddəs elan edə bildi və beləliklə, onun işini həmişəlik bitirmiş oldu.
Köhnə hegelçilər belə hesab edirdilər ki, onlar hər şeyi Hegelin bu və ya başqa bir məntiqi kateqoriyasına gətirib çıxarmışlarsa, başa düşmüşlər. Gənc hegelçilər hər şeyi tənqid edərək, hər yerə dini təsəvvür gətirir və ya hər şeyi ilahi elan edirdilər. Gənc hegelçilər köhnə hegelçilərin belə bir inamına şərikdirlər ki, mövcud dünyada din, anlayışlar, ən ümumi olan şey hökmrandır. Lakin bəziləri bu hökmranlığı qəsbkarlıq sayıb ona qarşı üsyan edirlər, başqaları isə bu hökmranlığı qanuni bir şey kimi mədh edib tərifləyirlər.
Bu gənc hegelçilərin nəzərində təsəvvürlər, fikirlər və anlayışlar, onların müstəqil bir şeyə çevirdikləri ümumiyyətlə şüur məhsulları insanların əsil buxovu hesab olunduğuna görə,— eyni ilə köhnə hegelçilərdə olduğu kimi bunlar insan cəmiyyətinin həqiqi bəndləri elan edildiyinə görə,— aydındır
6— Maks Ştirner. Red. 7— tamamilə, başdan ayağa. Red.
7