"Yoldaş" Fanzin Feyral 2017 | Page 8

[ 1. Ümumiyyətlə ideologiya, xüsusən alman ideologiyası ]
[ l. 2 ] Alman tənqidi özünün son gücənməsinədək fəlsəfə zəminindən ayrılmırdı. Özünün ümumfəlsəfi müqəddəm şərtlərini tədqiq etməkdən çox uzaq olan bu tənqidin bütün problemləri müəyyən fəlsəfə sistemi zəminində, məhz Hegel sistemi zəminində əmələ gəlib böyümüşdür. Bu sistemin yalnız cavablarında deyil, suallarının özündə də uydurma var idi. Meydana təzəcə çıxmış bu tənqidçilərdən hər biri Hegel fəlsəfəsindən kənara çıxdığını iddia etsə də, bunlardan heç biri Hegel sistemini hərtərəfli tənqidə girişməyə, hətta təşəbbüs də etməmişdir, bunun da səbəbi Hegeldən bu cür asılı olmaqdır. Onların Hegelə qarşı və bir-birinə qarşı mübahisəsi bununla məhdudlaşır ki, onlardan hər biri Hegel sisteminin bircə cəhətindən yapışıb onu həm bütövlükdə götürülən sistemə qarşı, həm də başqalarının tutub yapışdığı cəhətlərə qarşı yönəldir. Əvvəlcə onlar Hegel kateqoriyalarından, məsələn,“ substansiya” və“ mənlik şüuru” 3 kateqoriyalarından xalis şəkildə, əslində olduğu kimi yapışırdılar; sonra bu kateqoriyaları camaata daha yaxın adla, məsələn,“ cins”,“ vahid”,“ insan” 4 və i. a. adlandırıb təhrif etdilər.
Ştrausdan Ştirnerədək bütün alman fəlsəfi tənqidi dini təsəvvürlərin tənqidi ilə məhdudlaşır 5. Həqiqi din və sözün əsil mənasında ilahiyyat burada çıxış nöqtəsi vəzifəsini
3 F. Ştrausun və B. Bauerin əsas kateqoriyaları. Red. 4 L. Feyerbaxın və M. Ştirnerin əsas kateqoriyaları. Red. 5 Əlyazmasında daha sonra aşağıdakı parçanın üstündən qələm çəkilib
pozulmuşdur:“ Bu tənqid dünyanı hər cür bəladan xilas edən mütləq xilaskar rolunu oynadığını iddia edirdi. Həmişə din bu filosofların xoşuna gəlməyən münasibətlərin son səbəbi kimi, başlıca düşmən kimi gözdən keçirilir və təfsir edilirdi”. Red.
6