Hətta hörmətli alman bürgerinin qəlbində onun üçün çox xoş milli hisslər oyadan bütün bu fəlsəfə fırıldaqçılığını layiqincə qiymətləndirmək üçün, bütün bu gənc hegelçilər hərəkatının xırdaçılığını, əyalət məhdudluğunu əyani şəkildə göstərmək üçün, xüsusən isə bu qəhrəmanların həqiqi əməlləri ilə bu əməllərin doğurduğu xəyallar arasındakı faciəli komik ziddiyyəti aşkara çıxarmaq üçün bütün bu hay-küyə Almaniyadan xaricdə olan bir mövqedən nəzər salmaq lazımdır 2.
2 Üzü ağardılmış əlyazmasının birinci variantında daha sonra üstündən
qələm çəkilib pozulmuş belə bir parça gəlirdi:
“[ s. 2 ] Buna görə də biz bu hərəkatın ayrı-ayrı nümayəndələrinin xüsusi tənqidindən əvvəl bəzi ümumi qeydləri giriş şində veririk, zira bu qeydlər onların hamısı üçün ümumi olan ideoloji müqəddəm şərtləri aydınlaşdırır. Bu qeydlər, tənqidimizin nöqteyi-nəzərini xarakterizə etmək, həm də sonrakı ayrı-ayrı tənqidi oçerkləri başa düşmək və əsaslandırmaq üçun kifayət edəcəkdir. Biz bu qeydləri [ s. 3 ] məhz Feyerbaxa qarşı yönəldirik, çünki o yeganə adamdır ki, irəliyə doğru, heç olmasa, bəzi addımlar atmışdır və əsərləri de bonne foi [ ciddi surətdə ] təhlil edilə bilər. 1. Ümumiyyətlə ideologiya, xüsusilə alman fəlsəfəsi. A. Bizim bildiyimiz yeganə bir elm, tarix elmidir. Tarix iki cəhətdən nəzərdən keçirilə bilər, onu təbiət tarixi ilə insanlar tarixinə bölmək olar. Lakin bu iki cəhət bir-biri ilə qırılmaz şəkildə bağlıdır: nə qədər ki, insanlar mövcuddur, təbiət tarixi ilə insanlar tarixi bir-birindən qarşılıqlı şəkildə asılıdır. Təbiətşünaslıq adlanan təbiət tarixinin burada bizə dəxli yoxdur, biz insanların tarixi ilə məşğul olacağıq, çünki, demək olar, bütün ideologiya ya bu tarixi yanlış başa düşməkdən, ya da ondan tamamilə ayrılıb təcrid olunmaqdan ibarətdir. İdeologiyanın özü bu tarixin ancaq bir cəhətidir”.
Üzü ağardılmış əlyazmasının birinci variantında daha sonra tarixin materialistcəsinə anlaşılmasının müqəddəm şərtləri haqqında üstündən qələm çəkilməmiş bir parça gəlir. Həmin nəşrdə bu parça aşağıda üzü ağardılmış əlyazmasının əsas( ikinci) variantının mətnində § 2 şəklində verilmişdir( bax: səh. 4). Red.
5