"Yoldaş" Fanzin Feyral 2017 | Page 6

çıxan qəhrəmanları daha cəsarətli və daha güclü rəqiblər yıxıb yenə də zülmətə göndərmişlər. Bu, elə bir inqilab idi ki, Fransa inqilabı bunun yanında ancaq uşaq oyunu idi; bu, elə cahanşümul bir mübarizə idi ki, onun yanında diadoxların 3 mübarizəsi adama heç bir şey kimi görünür. Bəzi prinsiplər başqa prinsipləri misli görünməmiş sürətlə sıxışdırıb aradan qaldırırdı, bəzi fikir qəhrəmanları başqalarını yıxıb devirirdi; odur ki, üç il ərzində— 1842-dən 1845-dək Almaniyada keçirilən təmizləmə ondan əvvəl üç əsrdə keçirilmiş təmizləmədən daha əsaslı oldu. Bunların hamısı da xalis fikir sahəsində baş veribmiş. Hər halda qarşımızda maraqlı bir hadisə: mütləq ruhun pozulub dağılması prosesi durur. Mütləq ruhda son həyat qığılcımı sönüb gedəndə bu caput mortuum 1-un müxtəlif tərkib hissələri dağıldı, yeni birləşmələrə daxil olub yeni maddələr əmələ gətirdi. Fəlsəfə ilə məşğul olub o vaxtadək mütləq ruhdan istifadə etməklə yaşayanlar, indi bu yeni birləşmələrin üstünə düşdülər. Onlardan hər biri özünə düşən payı çox böyük səylə satmaqla məşğul olmağa başladı. İş rəqabətsiz keçə bilməzdi. Əvvəlcə rəqabət çox abırlı, bürgercəsinə ədəbli xarakter daşıyırdı. Lakin alman satış bazarı ağzınadək dolandan, dünya bazarında isə edilən bütün səylərə baxmayaraq, əmtəə tələb edilməyəndən sonra bütün iş adi almansayağı gedib, fabriklərdə istehsalın şişirdilməsi, keyfiyyətin pisləşməsi, xammalın və etiketin saxtalaşdırılması, yalançı alışlar, veksel kələkbazlığı və həqiqi zəmini olmayan kredit sistemi üzündən korlandı. Rəqabət dönüb şiddətli mübarizəyə çevrildi; indi bu mübarizəni tərifləyib bütün dünyada tarixi əhəmiyyəti olan bir çevriliş kimi, çox böyük nəticə və nailiyyətlər verən bir amil kimi təsvir edirlər.
1 Hərfən: cansız baş, buradakı mənası: cansız qalıqlar. Red.
4