"Yoldaş" Fanzin Feyral 2017 | Page 10

ki, gənc hegelçilər ancaq şüurun bu illüziyalarına qarşı mübarizə etməlidirlər. Gənc hegelçilərin fantaziyasına görə insanların münasibətləri, bütün hərəkətləri və bütün rəftarı, onların buxov və hədləri öz şüurlarının məhsulu olduğuna görə, gənc hegelçilər tam ardıcıllıqla insanların qarşısına belə bir mənəvi tələb qoyurlar ki, indiki şüurlarını insani, tənqidi və ya eqoist şüurla 8 əvəz etsinlər və beləliklə, onları sıxışdıran hədləri aradan qaldırsınlar. Şüuru dəyişdirmək haqqında irəli sürülən bu tələb, mövcud şeyi başqa cür təfsir etmək tələbindən ibarətdir ki, bu da mövcud olanı təsdiq edib başqa şəkildə təfsir etmək deməkdir. Gənc hegelçi ideoloqlar, onların guya“ dünyanı sarsıdan” ibarələrinə 4 əks olaraq, çox böyük mühafizəkardırlar. Gənc hegelçilərin ən gəncləri öz fəaliyyətləri üçün ən dəqiq bir ifadə tapıb bildirmişlər ki, onlar ancaq“ ibarələrə” qarşı mübarizə edirlər. Ancaq onlar unudurlar ki, özləri bu ibarələrin qarşısına ibarədən başqa bir şey qoymurlar və mövcud olan həqiqi dünyanın yalnız ibarələrinə qarşı mübarizə edirlərsə, heç də bu dünyaya qarşı mübarizə etmirlər. Bu fəlsəfi tənqidin əldə edə bildiyi yeganə nəticə xristianlıq haqqında bir neçə izahatdan, özü də dinin tarixi haqqında birtərəfli izahatdan ibarətdir; onların bütün başqa iddiaları isə, bu əhəmiyyətsiz izahatla guya dünya miqyasında tarixi əhəmiyyətli kəşflər etdikləri haqqındakı iddialara verilən bəzək-düzəkdən başqa bir şey deyildir.
Bu filosoflardan heç birinin ağlına belə gəlməmişdir ki, alman fəlsəfəsinin həqiqi alman gerçəkliyi ilə əlaqəsi olduğuna, onların tənqidi fikirləri ilə öz yaşadıqları maddi mühit arasında əlaqə olduğuna dair özlərinə bir sual versin 9.
8 L. Feyerbax, B. Bauer və M. Ştirner nəzərdə tutulur. Red. 9 Əlyazmasının üzü ağardılmış əsas variantında sonra səhifənin qalan
hissəsində mətn yoxdur. Sonra yeni səhifədən başlayan mətn indiki nəşrdə § 3 şəklində verilir. Red.
8