"Yoldaş" Fanzin Feyral 2017 | Page 11

[ 2. Tarixin materialistcəsinə anlaşılmasının əsas tutduğu müqəddəm şərtlər ] 10
[ s. 3 ] O müqəddəm şərtlər ki, biz onlardan başlayırıq, əsassız deyildir, onlar ehkam deyildir, elə həqiqi müqəddəm şərtlərdir ki, bunlardan ancaq xəyalən sərfnəzər etmək olar. Bunlar— həqiqi fərdlərdir, onların fəaliyyətidir, onların həyatının həm hazır şəkildə tapıb əldə etdikləri, həm də öz fəaliyyətləri ilə yaratdıqları maddi şəraitidir. Beləliklə, bu müqəddəm şərtlər xalis empirik yolla müəyyən edilə bilər [ s. 4 ].
Hər bir bəşər tarixinin birinci müqəddəm şərti, əlbəttə, canlı insan fərdlərinin mövcud olmasıdır 11. Buna görə də müəyyən şəkildə təsdiq edilməsi lazım gələn birinci konkret fakt bu fərdlərin bədən quruluşu və bundan asılı olaraq, yerdə qalan təbiətə fərdlərin münasibətidir. Aydındır ki, biz burada nə insanların özünün cismani xassələrini öyrənməkdə, nə də onların rast gəldikləri təbii şəraiti, yəni geoloji, oroqrafik-hidroqrafik münasibətləri, iqlim münasibətlərini və başqa münasibətləri öyrənməkdə dərinliklərə əl ata bilmərik 12. Hər bir tarixşünaslıq bu təbii əsasları və tarixin gedişində insanların fəaliyyəti nəticəsində bu əsasların uğradığı dəyişiklikləri rəhbər tutmalıdır.
10
Həmin paraqrafın mətni üzü ağardılmış əlyazmasının birinci variantından götürülmüşdür. Red. 11 Əlyazmasında daha sonra üstündən qələm çəkilib pozulan belə bir
parça gəlir:“ Bu fərdləri heyvanlardan fərqləndirən birinci tarixi iş ondan ibarətdir deyildir ki, fərdlər düşünürlər, ondan ibarətdir ki, fərdlər özləri üçün zəruri olan həyat vasitələrini istehsal etməyə başlayırlar”. Red. 12 Əlyazmasında daha sonra üstündən qələm çəkilmiş belə bir parça gəlir:
“ Lakin bu münasibətlər insanların yalnız təbii surətdə əmələ gələn ilk bədən quruluşu və xüsusən onların arasındakı irq fərqləri üçün şərt olmaq deyil, bu günədək davam edən bütün sonrakı inkişafı və ya inkişafın yoxluğu üçün də şərt olmuşdur”. Red.
9