İnsanları heyvanlardan şüura görə, dinə görə— ümumiyyətlə istənilən hər şeyə görə,— fərqləndirmək olar. Onların özləri bədənlərinin quruluşundan asılı olan addımı ataraq, özləri üçün zəruri həyat vasitələrini istehsal etməyə başlayan kimi özlərini heyvanlardan fərqləndirməyə başlamış olurlar. İnsanlar özləri üçün zəruri olan həyat vasitələrini istehsal etməklə öz maddi həyatlarının özünü də dolayı yolla istehsal edirlər.
İnsanlar özləri üçün zəruri olan həyat vasitələrini istehsal edirkən işlətdikləri üsul hər şeydən əvvəl onların hazır şəkildə tapdıqları və yenidən hasil edilməsi lazım gələn həyat vasitələrinin özünün xassələrindən asılıdır.
[ s. 5 ] Bu istehsal üsulunu onun, yalnız fərdlərin cismani mövcudluğunun təkrar istehsalı olması cəhətdən təhlil etmək olmaz. Bu istehsal üsulu daha artıq dərəcədə həmin fərdlərin müəyyən fəaliyyət üsuludur, onların həyat fəaliyyətinin müəyyən növüdür, onların müəyyən həyat tərzidir. Fərdlərin həyat fəaliyyəti necədirsə, onların özləri də elədir. Deməli, onlar nədirlərsə, bu onların istehsalına uyğundur, həm onların nə istehsal etdiklərinə, həm də necə istehsal etdiklərinə uyğundur. Deməli, fərdlərin nə olduqları onların istehsalının maddi şəraitindən asılıdır.
Bu istehsal ilk dəfə əhalinin artması ilə başlanır. Bunun özü yenə də fərdlərin öz aralarında ünsiyyət [ Verkehr ] olmasını tələb edir 5. Bu ünsiyyət forması da istehsaldan asılıdır 13.
Davamı növbəti sayıda.
13 Üzü ağardılmış əlyazmasının birinci variantı burada qurtarır. İndiki
nəşrdə daha sonra yenə də üzü ağardılmış əlyazmasının əsas variantının mətni gəlir. Red.
10