"Yoldaş" Fanzin Feyral 2017 | Page 13

V. İ. Lenin
Marksizmin üç tərkib hissəsi
Bütün mədəni aləmdə bütün burjua elmi( istər rəsmi elm olsun, istərsə liberal elm) marksizmi“ zərərli təriqət” kimi bir şey hesab edib, Marksın təliminə çox böyük bir ədavət və nifrət bəsləyir. Ona başqa bir münasibət bəsləniləcəyini gözləmək də olmaz, çünki sinfi mübarizə üzərində qurulmuş bir cəmiyyətdə“ bitərəf” sosial elm ola bilməz. Bütün rəsmi və liberal elm muzdlu köləliyi
bu və ya başqa şəkildə müdafıə edir, marksizm isə bu köləliyə amansız müharibə elan etmişdir. Muzdlu köləlik cəmiyyətində bitərəf bir elm olacağını gözləmək də, kapitalın mənfəətini azaldıb fəhlələrin muzdunu artırmaq lazım gəlməzmi – deyə irəli sürülən bir məsələdə fabrikçilərin bitərəf olacağını gözləmək qədər axmaq bir sadədillikdir.
11