"Yoldaş" Fanzin Feyral 2017 | Page 14

Bundan əlavə, fəlsəfə tarixi və sosial elm tarixi tamamilə aydın göstərir ki, marksizmdə“ təriqətçilıyə” bənzər heç bir şey yoxdur, yəni dünya mədəniyyətinin geniş inkişaf yolundan kənarda əmələ gəlmiş məhdud, ölgün təlimə bənzər heç bir şey yoxdur. Əksinə, Marksın bütün dahiliyi məhz ondan ibarətdir ki, bəşəriyyətin qabaqcıl fikrinin irəli sürmüş olduğu məsələlərə o, cavab vermişdir. Marksın təlimi fəlsəfə, siyasi iqtisad və sosializmin ən böyük nümayəndələrinin təliminin doğrudan-doğruya və bilavasitə davamı olaraq meydana gəlmişdir.
Marksın təlimi hər şeyə qadirdir, çünki doğru təlimdir. Bu təlim dolğun və düzgün təlim olub, insanlara heç bir mövhümatla, heç bir irtica ilə, burjua zülmünün heç bir şəkildə müdafiə edilməsi ilə barışmayan mükəmməl bir dünya görüşü verir. Bu təlim XIX əsrdə bəşəriyyətin yaratdığı alman fəlsəfəsi, ingilis siyasi iqtisadı və fransız sosializmi kimi ən yaxşı bir sərvətin qanuni varisidir.
Biz marksizmin həmin üç mənbəyi və habelə tərkib hissəsindən bəhs edəcəyik.
I
Marksizmin fəlsəfəsi materializmdir. Avropanın bütün ən yeni tarixi boyunca, xüsusən XVIII əsrin axırlarında, orta əsrlərdən qalan hər cür tör-toküntüyə qarşı, təsisat və ideyalardakı təhkimçiliyə qarşı qəti vuruşma başladığı zaman Fransada yalnız materializm bütün təbiətşünaslıq təlimlərinə sadiq qalan, mövhumat, cəhalət və sairəyə düşmən və yeganə ardıcıl olan bir fəlsəfə oldu. Buna görə də demokratiya düşmənləri materializmi var qüvvələri ilə“ təkzib etməyə”, sarsıtmağa, ona böhtan
12