"Yoldaş" Fanzin Feyral 2017 | Página 15

atmağa çalışır və nəticə etibari ilə həmişə dini bu və ya başqa tərzdə müdafiə edən və ya dinə yardım göstərən fəlsəfi idealizmin müxtəlif formalarını müdafiə edirdilər.
Marks və Engels fəlsəfəsi materializmi tam bir qətiyyətlə müdafiə edir və bu zəmində hər hansı şəkildə uzaqlaşmağın dərin bir səhv olduğunu dəfələrlə müdafiə edirlər. Onların baxışları Engelsin“ Ludviq Feyerbax” və“ Anti-Dürinq” adlı əsərlərində ən aydın və ətraflə surətdə şərh edilmişdir;“ Kommunist manifesti” kimi bu əsərlər də hər bir şüurlu fəhlənin stolüstü kitablarıdır.
Lakin Marks XVIII əsrin materializmi ilə kifayətlənməyib fəlsəfəni irəlilətmişdir. Marks fəlsəfəni alman klasik fəlsəfəsinin, xüsusən Hegel sisteminin naliyyətləri ilə zənginləşdirmişdir ki, bu sistem də Feyerbax materializminə gətirib çıxarmışdı. Bu naliyyətlərin başlıcası dialektikadır, yəni ən mükəmməl, ən dərin və hərtərəfli inkişaf haqqında təlimdir, daim inkişaf edən materiyanı əks etdirən insan biliyi haqqında təlimdir. Təbiətşünaslığın ən yeni kəşfləri – radium, elektronlar, elementlərin çevrilməsi, – köhnə və çürük idealizmə“ yenidən” qayıdan burjua filosoflarının təlimlərinin əksinə olaraq, Marksın dialektik materializmini çox gözəl təsdiq etdi.
Marks fəlsəfi materializmi dərinləşdirib inkişaf etdirərək onu başa çatdırmış, onun təbiəti dərk etməsini bəşər cəmiyyətinin dərk olunmasına şamil etmişdir. Marksın tarixi materializmi elmi fikrin ən böyük nailiyyətidir. İndiyədək tarix və siyasət məsələlərindəki baxışlarda hökm sürən hərc-mərclik və özbaşınalığın yerini son dərəcədə mükəmməl və düzgün bir elmi nəzəriyyə tutdu və məhsuldar qüvvələrin artması
13