"Yoldaş" Fanzin Feyral 2017 | Página 16

nəticəsində bir ictimai həyat quruluşundan digərinin, daha yüksək bir ictimai həyat quruluşunun necə yetişib əmələ gəldiyini, məsələn, təhkimçilikdən kapitalizmin necə yetişib əmələ gəldiyini göstərdi.
İnsan idrakı insandan aslı olmayaraq mövcud olan təbiəti, yəni inkişafda olan materiyanı əks etdirdiyi kimi, insanın ictimai inkişafı da( yəni müxtəlif fəlsəfi, dini, siyasi və sair baxış və təlimlər də) cəmiyyətin ictimai quruluşunu əks etdirir. Siyasi təsisat iqtisadi təməl üzərində üstqurumdur. Məsələn, biz görürük ki, müasir
Avropa dövlətlərindəki müxtəlif siyasi formalar proletariat üzərində burjuaziyanin hökmranlığının möhkəmlənməsinə necə xidmət edir.
Marksın fəlsəfəsi kamil bir fəlsəfi materializm olub, bəşəriyyətə, xüsusilə də fəhlə sinfinə böyük idrak vasitələri vermişdir.
II
Marks iqtisadi quruluşun təməl olduğunu, bunun da üzərində siyasi üstqurumun yerləşdiyini söylədikdən sonra, ən çox həmin iqtisadi quruluşu tədqiq etməyə diqqət vermişdir. Marksın başlıca əsəri olan“ Kapital” müasir cəmiyyətin, yəni kapitalizm cəmiyyətinin iqtisadi quruluşunu tədqiq etməyə həsr olunmuşdur.
Marksdan əvvəl klassik siyasi iqtisad, ən çox inkişaf etmiş kapitalizm ölkəsi olan İngiltərədə əmələ gəlmişdir. Adam Smit və David Rikardo iqtisadi quruluşu tədqiq edərək əmək dəyər nəzəriyyəsinin əsasını qoymuşlar. Marks onların işini davam etdirmişdir. Marks bu nəzəriyyəni ciddi əsaslandırıb ardıcıl surətdə inkişaf etdirmişdir. Marks göstərmişdir ki, hər bir əmtəənin dəyəri onun istehsalına sərf edilən ictimai zəruri iş vaxtının
14