miqdarı ilə müəyyən olunur.
Marks aşkara çıxartmışdır ki, burjua iqtisadçılarının şeylər arasında gördükləri münasibət( əmtəənin əmtəəyə mübadiləsi) insanlar arasındakı münasibəti ifadə edir. Əmtəə mübadiləsi ayrı-ayrı istehsalçılar arasındakı əlaqəni bazar vasitəsi ilə ifadə edir. Pul o deməkdir ki, bu əlaqə getdikcə daha sıx olur, ayrı-ayrı istehsalçıların bütün təsərrüfat həyatını möhkəm birləşdirib bir tam halına salır. Kapital bu əlaqənin daha da inkişaf etməsi deməkdir: insanın iş qüvvəsi əmtəə olur. Muzdlu fəhlə öz iş qüvvəsini fabrik, torpaq və əmək alətləri sahibinə satır. Fəhlə iş gününün bir hissəsini özünün və ailəsinin xərclərini ödəmək üçün işləyir( əmək haqqı), iş gününün digər hissəsini isə fəhlə müftə işləyir, kapitalistlər üçün izafi dəyər yaradır, kapitalistlər sinfi üçün mənfəət mənbəyi, sərvət mənbəyi yaradır.
İzafı dəyər təlimi Marksın iqtisadi nəzəriyyəsinin təməl daşıdır.
Fəhlənin əməyi ilə yaranan kapital fəhləni əzir, xırda sahibkarı varyoxdan çıxarır və işsizlər ordusu yardır. Sənayedə iri istehsalın qələbəsi dərhal nəzərə çarpır, lakin əkinçilikdə də biz eyni hadisəni görürük: iri kapitalist əkinçiliyin üstünlüyünü artırır, maşın tədbiqi artır, kəndli təsərrüfatı pul kapitalının tələsinə düşüb boğulur, texnikasının geridə qalması üzündən dağılıb puça çıxır. Əkinçilikdə xırda istehsal başqa şəkildə dağılır, lakin onun dağılması faktı şəksizdir.
Xırda istehsalı əzib dağıdan kapital əmək məhsuldarlığının artmasına və ən iri kapitalistlərin ittifaqları üçün inhisar vəziyyəti yaranmasına səbəb olur. İstehsal özü
15