"Yoldaş" Fanzin Feyral 2017 | Page 45

Eyni zamanda ictimai istehsalın inkişaf etdirilməsi mənafeyi, əhalinin mənafeyi tələb etdikdə, dövlət şüurlu olaraq qiymətlərin dəyərdən fərqli olmasına yol verir. Məsələn, bir qisim sahələrdə yaradılmış gəlirlərin bir hissəsindən xalq təsərrüfatı üçün böyük əhəmiyyəti olan başqa sahələrin sürətlə inkişaf etdirilməsi məqsədilə istifadə etmək zəruri olduğu hallarda belə edilir. Əhalinin tələbini, deməli, istehlakın xarakterini də tənzim etmək məqsədilə belə edilir. Məsələn, uşaq mağazalarında malların qiymətləri çox zaman dəyərindən aşağı olur, lakin qiymətləri dəyərindən yuxarı olan mallar da olur( tütün, araq və. s).
Yazılanlara yekun vuraraq görürük ki, kapitalizmdə dəyər qanunu kortəbii fəaliyyət göstərir, qiymətlərin dəyərdən fərqli olması isə kapitalist istehsalı hərc-mərcliyinin nəticəsidir. Bunun əksinə olaraq, sosialist təsərrüfatında qiymətlərin dəyərdən fərqli olmasına bütün cəmiyyətin mənafeyi nəzərə alınaraq şüurrlu surətdə yol verilə bilir.
Sosializmdə pul. Sosialist əmttə istehsalında pul yenə də özünəməxsus funksiyaları yerinə yetirir. Qalan əmtəələrin dəyəri pul əmtəəsinə bərabər tutulur, bu əmtəə onların dəyər ölçüsü kimi çıxış edir.
Pul ticarətin zəruri ünsürüdür, tədavül vasitəsidir, çünki pulsuz alqı-satqı mümkün deyildir.
Pul tədavülə dövlət bankı vasitəsilə daxil olur. Müəssisələr, idarələr və təşkilatlar arasında haqq-hesablar nəğdsiz tədiyyə metodu ilə aparılır. Pul məbləğləri bank tərəfindən bir müəssisənin və ya idarənin hesabından başqasının hesabına keçirilir. Dövlət bankı tərəfindən verilən nəğd pulun əsas kütləsi əmək haqqı, pensiya, müavinət, təqaüd verilməsinə, kənd təsərrüfatı məhsullarının satın alınmasına sərf olunur. Ticarət şəbəkəsi vasitəsilə nəğd pul banka qayıdır.
43