"Yoldaş" Fanzin Feyral 2017 | Page 44

edilir( kolxoz bazarındakı qiymətlərdən başqa 14). Həm də dövlət müxtəlif iqtisadi və siyasi mülahizələri nəzərə alıb, birinci növbədə istehsal edilmiş məhsulların dəyərini əsas götürür.
Əmtəənin qiyməti, bir qayda olaraq, onun dəyərinə, yəni onun istehsalı üçün çəkilən əmək məsrəfinə maksimum dərəcədə yaxınlaşdırılmış olur. Qiymət əmtəənin dəyərini nə qədər dəqiq əks etdirirsə, bu və ya digər avadanlığın, xammalın, texnoloji istehsal prosesinin nə dərəcədə faydalı olduğunu müəyyən etmək bir o qədər asandır.
Tutaq ki, bir maşın hissəsini“ A” materialından da hazırlamaq olar,“ B” materialından da.“ A” materialının dəyəri 1,50 manat,“ B” materialının dəyəri isə 4 manatdır.“ B” materialından hazırlanan hissə 5 il işləyəcək,“ A” materialından hazırlanan hissə isə 1 il işləyəcəkdir. Aydındır ki, hissələri“ B” materialından hazırlamaq daha faydalıdır. Lakin“ A” materialına qoyulan qiymət onun dəyərindən aşağı olsa( məsələn, 1 manat olsa),“ B” materialına qoyulan qiymət isə dəyərdən yüksək olsa( 4 manat deyil, 6 manat olsa), onda belə götrünə bilər ki,“ A” materialından istifadə etmək daha faydalıdır. Zavodun rəhbərliyi yanlış qərar qəbul edə bilər, istehsalın mənafeyinə zərər dəyər.
Dəyər qanunundan istifadə edilməsi yeni texnika tətbiqinə maddi həvəs yaratmaq, istehsalın təşkilini yaxşılaşdırmaq imkanı verir. Nəticədə əmək məhsuldarlığının durmadan artması və məhsul vahidi dəyərinin aşağı salınması təmin edilir.
14 Kolxoz bazarında qiymətlər bilavasitə dövlət tərəfindən planlaşdırılmır,
tələblə təklifin təsiri altında müəyyənləşir. Bununla bərabər sosialist dövləti, hər şeydən əvvəl, əsas əmtəə kütləsinin dövlət ticarəti sistemində möhkəm plan qiymətləri ilə satılması sayəsində kolxoz bazarındakı qiymətlərə təsir göstərir.
42