ölçüsü və istehlak ölçüsü üzərində nəzarətin ləğv edildiyi, bərabərləşdirici bölgü prinsipi tətbiq edildiyi“ kommunalar” düzəltməyə çalışmışdılar. Lakin kommunalar nə qədər xoş niyyətlərlə hərəkət etsələr də, onların təcrübəsi labüd surətdə müvəffəqiyyətsizliyə məhkum idi. Şübhəsiz, əmttə-pul münasibətlərinin mövcud olması tarixən məhduddur, lakin bundan ötrü müəyyən şərait yetişməlidir. Bunun məhz nə zaman ola biləcəyi sualına cavab üçün praktika hələ kifayət qədər əsas vermir. Ancaq ümumi prinsip aydındır: əmtəə istehsalı o zaman ölüb gedəcəkdir ki, mülkiyyətin iki forması vahid, kommunist mülkiyyəti halında birləşsin: əməyin ictimai-iqtisadi müxtəlifliyi aradan qalxsın, əmək birinci həyati tələbata çevrilsin və əmək üçün maddi həvəsləndirməyə ehtiyac qalmasın; məhsuldar qüvvələrin yüksək inkişaf səviyyəsinə çatması əsasında cəmiyyətdə maddi nemətlər bolluğu olsun və cəmiyyət bu nemətləri öz üzvləri arasında tələbata görə bölüşdürə bilsin.
Kapitalist əmtəə istehsalından sosialist əmtəə istehsalının fərqi dəyər qanununun fəaliyyətinin dəyişilməsində özünü aydın surətdə göstərir.
Sosializmdə dəyər qanunu. Əmtəə istehsalı olan yerdə dəyər qanunu da fəaliyyət göstərir: əmtəələr ictimai-zəruri əmək məsrəfinə uyğun surətdə istehsal və mübadilə edilir. Dövlət əmtəələrin qiymətlərini müəyyən edərkən hər hansı konkret müəssisənin fərdi məsrəfini əsas tuta bilməz. Dövlət məhsuldar qüvvələrin həmin inkişaf pilləsi, texnikanın həmin səviyyəsi, mövcud orta bacarıq və əmək intensivliyi dərəcəsi şəraitində zəruri olan məsrəfləri əsas tutur.
Kapitalist təsərrüfatında bazarda qiymətlər kortəbii surtədə yaranır, sosializm şəraitində plan qiymətləri müəyyən
41