Kommunizmdə məhz belə olacaqdır. Sosializmdə isə cəmiyyət məhsulları adamlar arasında onların əməyinin miqdarına və keyfiyyətinə görə bölüşdürməyə məcburdur. Burada əmək ölçüsünün və istehlak ölçüsünün uçotu zəruridir. Pul da belə bir uçot alətidir, pulla hər kəs özünə lazım olan əmtəələri ala bilər.
Əmtəə istehsalı həm də sosialist mülkiyyətinin iki formasının mövcud olduğuna görə saxlanılır. İki əsas mülkiyyətçi— dövlət ilə kolxozlar arasında mübadilə əmtəə formasında olur: kolxozlar öz məhsulunu dövlətə satır, qismən də kolxoz bazarında satır və dövlətdən maşınlar, gübrə və başqa əmtəələr alır.
Sosializmdə əmtəə istehsalı kapitalizmdəki əmtəə istehsalından prinsipcə fərqlənir. Sosializmdə əmtəə istehsalı xüsusi mülkiyyətin, xırda və iri kapitalistlərin olmadığı insanın insan tərəfindən istismarına yol verilmədiyi bir istehsaldır.
Əmtəə buraxılması, əmtəələrin bölüşdürülməsi və mübadiləsi sosialimzdə kortəbii surtədə deyil, vahid xalq təsərrüfatı planları əsasında keçirilir. Əmtəə istehsalının fəaliyyət dairəsi məhduddur: torpaq yerin təki, meşələr, fabriklər, zavodlar, dəmir yollar və ictimai sərvətin digər çox mühüm ünsürləri əmtəə dövriyyəsindən çıxarılır, heç kəs bunları nə ala bilər, nə də sata bilər: iş qüvvəsi də əmtəə deyildir.
Əmtəə-pul münasibətləri özlüyündə ayrı-ayrı ictimai formasiyaların ictimai təbiətini və spesifik cəhətlərini aşkara çıxarmır, əksinə, hakim istehsal üsulu əmtəə istehsalının təbiətini və xarakterini müəyyən edir.
Rusiyada sosialist inqilabına qədər marksistlər arasında belə bir rəy var idi ki, istehsal vasitələri üzərində ictimai mülkiyyət yarandıqda, əmtəə-pul münasibətləri aradan qaldırılacaqdır, sosializm cəmiyyətində nə əmtəə, nə də pul olmayacaqdır. G. V. Plexanov yazırdı ki, sosializmdə ticarət“ boş şeydir”, yaxud“ arabanın beşinci təkəri” kimi bir şeydir. Sovet hakimiyyətinin ilk illərində ayrı-ayrı kollektivlər əmək
40