Latın Amerikasında bu gün mövcud olan vəziyyəti nəzərə alaraq, qələbənin ayrıca bir ölkədə qazanılıb möhkəmlənməsinə çox az ehtimal var. Dözülməz zülmə qarşı bütün ölkələr üsyan bayrağı qaldırmalı və tarixi zərurətə əsasən bu bayraq bütün qitə üsyanının bayrağı olmalıdır. Fidelin dediyi kimi, And dağları – Latın Amerikasının Sierra – Maestrası olmalıdır və bizim materikin böyük ərazisi imperialistlərlə mübarizədə ölüm – dirim savaşı üçün meydana çevrilməlidir.
Hər bir partizan dəstəsi geniş hərbi-siyasi kampaniyanın bir hissəsi olaraq böyüməli, möhkəmlənməli və dayaq sahələri yaratmalıdır – bu partizan ordusunun uğurlu fəaliyyəti üçün zəruridir.
Mübarizə siyasi-hərbi xarakter daşıyır, bunu məhz belə anlamaq və bu sahədə inkişaf etdirmək lazımdır. İlkin mərhələdə partizanlar üçün hərbi vəziyyət nə qədər çətin olsa da, siyasi vəziyyət daha qarışıq ola bilər – və əgər bircə hərbi səhv bütün bir partizan dəstəsinin məhvinə gətirib çıxara bilərsə, bircə siyasi səhv bütün partizan müharibısini uzun müddətə dondura bilər.
Latın Amerikada inqlabi mübarizənin inkişafı artıq başlayıb. Kim hücum mərkəzində olacaq – Venesuala, Qvatemala, Kolumbiya, Peru, Ekvador …? Bu günkü qarşıdurmalar heç bir istənilən nəticə verməyən narazılıq nümayişinə çevrilə bilərmi? Bu günkü qarşıdurmaların nəticəsi fundamental əhəmiyyət kəsb etmir. Mübarizədə nəticə etibarı ilə qalib gəlmək üçün hər hansı bir hərəkatın müvvəqəti məğlubiyyəti vacib deyil. Vacib olan odur ki, gündən – günə mübarizəni davam etdirməyə inam artır, gündən – günə inqlabi dəyişiliklərin vacib olmasının şüuru möhkəmlənir, onların mümkünlüyünə inam güclənir.
36