hərbi nöqteyi nəzərdən çox vacib olan əməliyyatları yerinə yetirə bilər. Və bu qruplaşmaların darmadağın edilməsi belə inqilabi ruhu öldürə bilməz və onların rəhbərliyi öz qalasında – kənd şəraitində – kütlələrdə inqlabi ruhu qorumağa davam edəcək və yeni döyüşlər üçün yeni qüvvələr hazırlamağa davam edəcəkdir. İkincisi. Qitədəki ümümi vəziyyəti belə səciyyələndirmək olar, latın amerikalı kəndçilərin feodal strukturlara və yerli istismarçı və imperialist ittifaqlara qarşı mübarizəsi tədricən inqlabi partlayışın xüsusiyyətlərini ozündə əks etdirir. Bu obyektiv vəziyyətdir – Latın Amerika kəndliləri – çox böyük və potensial qüvvədir. Bu qüvvədən Latın Amerikanın azad edilməsi üçün istifadə etmək lazımdır.
Üçüncü. Mübarizənin kontinental şəraiti. Biz Latın Amerikada azadlıq mübarizəsinə( hər hansı bir ölkəsində) siyasi hakimiyyət uğrunda gedən iki tərəfin qarşıdurması kimi baxa bilərikmi? Məsələyə belə yanaşma şübhəli görünür. Qitədəki bütün xalq qüvvələri ilə bütün istismarçı qüvvələr arasında yaşam uğrunda mübarizə gedir.
Yankilərin məsələyə qarışması qaçınılmazdır – bu, birincisi, öz maraqlarını qorumaq istəkləri ilə, ikincisi, bu gün Latın Amerikasında gedən mübarizənin bölgədə həlledici rolu ilə bağlıdır. Ancaq daha sonra yankilər öz fəaliyyətlərinə daima artan enerji ilə davam edəcəklər. Onlar inqlabi rəhbərliyin möhkəmlənməsinin qarşısını almaq üçün xalq qüvvlərinə qarşı əllərində olan bütün məhv etmə silahlarından istifadə edəcklər. Əgər onlarda bu alınmasa və möhkəmlənməyə mane ola bilməsələr, həmin dövləti qəbul etməkdən imtina edəcəklər, yeni hücumlar təşkil edəcəklər, hər növ diversantları yollayacaqlar, tərəfdaşları olan qonşu ölkələrdən istifadə edəcəklər, yeni yaranmış dövləti iqtisadi yollarla boğmağa çalışacaqlar ki, inqlabi hökuməti məhv etsinlər.
35