Daha bir təhlükəli vəziyyət ilə tez-tez qarşılaşırıq. Mütərəqqi siyasi partiyaların liderləri, qızğın mübarizə şəraitində, anlayışları səhv salaraq, inqilabi fəaliyyət üçün əlverişli şərtləri qorumağa çalışarkən( burjua qanunvericiliyinin bəzi nəaliyyətlətindən istifadə edərək), əsas məqsədlərini – hakimiyyəti ələ keçirməyi – unudurlar.
Yuxarıda ümumi şəkildə təsvir etdiyimiz hər iki təhlükədən o halda yayınmaq olar ki, mübarizəyə rəhbərlik edən marksist – leninist partiyalar vəziyyətin bütün aspektlərini düzgün təhlil edib, kütlələri maksimal dərəcədə səfərbər edib, əsas ziddiyyətin həlli uğrunda mübarizəyə yönəltsin.
Fərz edək ki, mövzünun inkişafı üçün – silahlı mübarizə fikri və partizan müharibəsi formulası bir üsul kimi geniş rəğbət qazandı. Niyə biz hesab edirik ki, müasir şərtlərdə Latın Amerikada partizan müharibəsi mübarizə üçün doğru yoldur? Biz belə fikirləşirik ki, Latin Amerika azadlıq hərəkatında partizan hərəkatlarının ən prespektivli hissə olduğuyla bağlı əlimizdə əsaslı dəlillər var.
Birincisi. Təbiidir ki, rəqib öz gücünü qorumaq üçün mübarizə aparacaqdır. Buradan belə nəticə çıxır ki, biz zalımların ordusuyla vuruşmalı olacayıq və bunun üçün xalq ordusu yığmağa ehtiyac var. Bu ordu spontan yarana bilməz və rəqibin arsenalından silahlanmalıdır, bu isə o deməkdir ki, uzun və əziyyətli mübarizə şəraitində, xalq qüvvələri və onların rəhbərliyi ardıcıl olaraq onlardan üstün olan rəqib tərəfindən dəfələrlə zərbələrə məruz qalacaqlar və bu zərbələrə adekvat cavab vermək üçün və ya manevr etmək üçün onların imkanları olmayacaq.
Ancaq partizan hərəkatı, mübarizə üçün əlverişli şəraitə malik ərazidə cəmləşərsə, o zaman inqilabi rəhbərliyin təhlükəsizliyini və stabilliyini təmin etmək olar. Həmçinin xalq ordusunun baş qəragahına tabe olan şəhər qruplaşmaları isə
34