"Yoldaş" Fanzin Feyral 2017 | Seite 35

keçirilməsi. Başqa bicliklərdə tədbiq oluna bilər, ancaq bu yazının məqsədi düşmənin taktiki üsüllarını araşdırmaq deyil.
Ancaq“ yuxarılar” tərəfindən təşkil edilən hərbi çevriliş üsülu haqqında daha ətraflı danışmaq lazımdır. Hərbçilər əsl demokratiyaya nə verə bilərlər? Onlar açıq aydın irticaçı siniflərin, imperialist monopoliyaların əlindəki hökmranlıq silahıdır və ictimayi mövqeləri ancaq əllərindəki silahlarına görə var və bu imtiyazlı mövqelərini itirməmək üçün çalışırlar, ona görə də hərbçilərdən demokratiyaya sadiqliyi gözləmək gülünc olardı.
Zalımların ağır vaxtlarında hərbçilər diktatorları ona görə devirirlər ki, həmin diktatorlar artıq onların sinfi imtiyazlarını, xüsusi zorakılıq formalarını( müasir dövrümüzdə oliqarxiyanın strateji maraqları ilə üst- üstə düşməyən) tətbiq etməkdən qoruya bilmir. Ancaq, təbii ki, bu o demək deyil ki, fərdi şəkildə öz sosial mühitindən ayrılmış ona qarşı de – fakto ayağa qalxmış kadr hərbçiləri inqlabçılar öz cərgələrinə cəlb etməməlidirlər. Onları bir şərtlə cəlb etməyə icazə var – inqlabi rəhbərliyə etirazsız tabe olmaqları və onların özlərini inqilabın sıravi döyüşçüləri kimi aparmaları( öz kastasının nümayəndəsi kimi yox) şərti ilə.
Engels“ Fransada vətəndaş müharibəsi” əsərinin üçüncü buraxılışının önsözündə yazmışdı:“ Hər bir inqilabdan sonra işçilərin silahları olur, ona görə də burjuaziyanın ilkin məqsədi işçiləri tərksilah etmək olur. Nəticə – işçilər tərəfindən hər qazanılan inqlabdan sonra yeni mübarizə işçilərin məğlubiyyəti ilə nəticələnir.”( Leninin“ Dövlət və İnqlab”- dan sitat gətirirəm)[ 6 ].
Bir – birini əvəz edən bu cür mübarizə formalarının davamlılığı ancaq formal dəyişiliklərə gətirib çıxarır və on illərdir ki, kapitalist dünyasında görünməkdədir. Bu azmış kimi, proletariat artıq yüz il ərzində, bu sahədə dəfələrlə aldadılıb.
33