bacarığını daima inkişaf etdirir. Məhz bu bacarıq Gerillanı xalq qüvələrinin mübarizəsinin katalizatoru edir. Başqa sözlə, Gerilla – passiv özünmüdafiə deyil, son məqsədi siyasi hakimiyyıti ələ keçirək olan, əkshücuma çevrilən müdafiədir.
Bu vacib andır. İctimai proseslərdə zorakılıqla qeyri – zorakılıq arasındaki fərq hər iki tərəfin neçə dəfə atəş açdığı müqayisəsindən nəticə çıxarılmamalıdır. Xalq qüvvələrinin öz nisbi zəifliyi ilə bərabər, öz stratejik gücünü dərk etməsi anını qaçırmaq olmaz, çünki bununla xalq rəqibi, mübarizənin onlarsız çox şey itirəcəyi hərəkətlər etməyə məcbur edirlər. Oliqarxiya diktaturası ilə xalq təzyiqi arasındakı tarazlığı məhv etmək lazımdır. Diktatura daima açıq – aşkar güc göstərməkdən çəkinir; ancaq onları bir dəfə maskalarını atıb, əsl sifətlərini – hakim sinfin zorakı diktatura sifətini, göstərməyə məcbur etsən, artıq geriyə dönüş olmayacaq. Uzunmüddətli hərbi əməliyyatlara geri dönüşsüz keçid, xalq qüvvələrinin diktaturanın həqiqi mahiyyətini üzə çıxarmağa məcbur edib etməməsindən və mübarizəni zəiflədib və ya əksinə dərinləşdirməsindən asılı olacaq.
İkinci təhlükədən yayınmaq üçün xalq qüvvələri inqlabi prosesin daimi inkişafını təmin etməlidirlər. Marks inqilab başlayandan sonra proletariatın düşmənə daima yeni zərbələr vurmağa məcbur olduğunu hər zaman təkid edirdi. İnqilab ya dayanmadan dərinləşir, ya da geriyə çəkilir. Yorulmuş döyüşçülər qələbəyə inamını itirir və bu burjuaziyaya, dəfələrlə nümayiş etdirdiyi kimi, çoxsaylı bicliklərindən istifadə etməyə imkan yaradır. Məsələn, hakimiyyətin mövcud olan diktatordan fərqli olaraq, mələk sifətli və xoş səsli bir senyora təhvil verilməsi bu bicliklərdən biridir. Və ya başqa bir misal, çevrilişin, adətən hərbiçilərin başçılıq etdiyi, ancaq birbaşa və ya dolayı yollarla mütərəqqi güclər tərəfindən dəstəklənən, irticaçılar tərəfindən həyata
32