deyirdi:“ Bugün hər bir inqlabçının borcu – dünayadakı dəyişən güc balansını dərk etmək və hiss etmək və bu dəyişiliklərin xalqların mübarizəsini nə dərəcədə asanlaşdırdığını anlamaqdır. İnlabçıların borcu, Latın Amerikalı inqlabçıların borcu oturub dünyadakı güc balansının dəyişikliyinin möcüzəvi bir şəkildə Latın Amerikada sosial inqlablar yaradacağını gözləmək deyil, əksinə güc balansında olan əlverişli dəyişiklərdən inqilabi hərəkatın yaradılmasında və inqilabın həyata keçirilməsində istifadə etməkdir!”
Bəziləri deyirlər:“ Biz razılaşırıq ki, müəyyən şərtlər altında, inqilabi müharibə siyasi hökümati ələ keçirmək üçün effektiv üsuldur, ancaq bizi qələbəyə aparacaq Fidel Kastro kimi böyük öndərləri hardan tapaq?” Axı Fidel Kastro da, hər bir insan kimi, tarixin bir məhsuludur. Latın Amerikada xalq üsyanlarına rəhbərlik edən hər bir hərbçi və ya siyasi lider, müharibə aparmaq ustalığını birbaşa döyüşdə öyrənmək məcburiyyətindədirlər. Elə bir ixtisas, elə bir vəzifə yoxdur ki, ona ancaq kitablarla hazırlaşılsınlar. Belə hallarda müharibə – ən böyük müəllimdir.
Təbiidir ki, məsələ asan deyil və onun həlli zamanı ciddi təhlükələr yarana bilər. İnqlabın gələcəyi üçün, silahlı mübarizəyə aid iki ən böyük təhlükə var. Brincisi hazırlıq mərhələsinə aiddir – kütlələrin qərarlığın və öz məqsədlərini dərk etməsinin dərəcəsi bu təhlükənin dəf edilməsindən asılıdır. Burjua höküməti xalq qüvvələrinə qarşı hücüma keçəndə, təbii olaraq xalq qorunmalı olur – üstün gücə sahib olan rəqibə qarşı müdafiə olur. Bunun üçün obyektiv və ya subyektiv şərtlərin heç olmasa minimumu varsa, müqavimət silahlı xarakter daşımalıdır, ancaq belə olan halda xalq qüvvələri ancaq düşmənin zərbələrini passiv olaraq qarşısını almaqla kifayətlənməməlidir və silahlı müdafiə izlənilənlərin son sığınacağının müdafiəsinə dönməməlidir. Gerilla bəzi vəziyyətlərdə həqiqətəndə xalqın müdafiə hərəkatıdır, ancaq mahiyyətcə bunu özündə ehtiva etmir və hücüma keçmək
31