Lenin yazırdı:“ Sosial demokratiya müharibəyə heç vaxt sentimental nöqteyi nəzərdən baxmayıb. Müharibəni insanlar arasında mübahisələrin heyvanca həll yolu kimi qınamasına baxmayaraq, sosial demokratiya çox gözəl başa düşür ki, nə qədər ki cəmiyyət siniflərə bölünür, nə qədər ki insan insan tərəfindən istismar olunur, müharibələr qaçınılmazdır. Və müharibələri həmişə və hər yerdə istismarçı, hakim, zalım siniflər başladır, bu istismarı məhv etməyin müharibəsiz mümkün olmadığı açıq aydındır”. [ 4 ] Bu 1905-ci ildə deyilmişdi; daha sonra, sinfi mübarizəni dərindən təhlil etdikdən sonra, Lenin“ Proletar inqlabının hərbi proqramı” məqaləsində deyirdi:” Sinfi mübarizənin varlığını qəbul edən kəs hər bir sinfi cəmiyyətdə təbii bir hal olan, həmin mübarizənin məntiqi davamı, inkişafının və qızışmasının nəticəsi olan, vətəndaş müharibələrini qəbul etməyə bilməz. Bütün böyük inqilablar bunun sübutudur. Vətəndaş müharibəsini inkar etmək və unutmaq – opportunizmə düçar olmaq və sosialist inqlabından dönmək deməkdir.”[ 5 ] Başqa sözlə, biz zorakılıqdan qorxmamalıyıq – zorakılıq yeni cəmiyyətin mamaçası rolu oynayır. Ancaq zorakılıqdan ancaq xalq mübarizəsinin rəhbərləri bunun üçün əlverişli şərtlərin yetişdiyini anlayanda istifadə etmək olar. Bunlar hansı şərtlərdir? Subyektiv olaraq – birbirini tamamlayan, mübarizənin gedişatı ərzində daima dərinləşən iki amildir – inqlabi dəyişiliklərin vacibliyini dərk etmək və bunların mümkün olduğuna inam. Obyektiv şərtlərlə birləşdikdə – hansılar ki, Latın Amerikasında mübarizənin inkişafı üçün kifayət qədər əlverişlidir – bu amillər( dünyadakı yeni güc balansını nəzərə alaraq, qoyulan məqsədə çatmaq üçün kifayət qədər təşəbbüs göstərildikdə) fəaliyyət üsullarını təyin edir.
Sosialist ölkələr bizdən nə qədər uzaq olsalar da, mübarizə aparan xalqlara müsbət təsir edir və onlardan öyrənəcəkləri çox şey var. 26 iyul gününün son ildönümündə Fidel Kastro
30