"Yoldaş" Fanzin Feyral 2017 | Page 31

ziddiyyət yaranır. Xalq köhnə məcburiyyət formalarına yenidən dözmək fikrində deyil, digər tərəfdən, diktatorların qəbul etdikləri yeniliklərlə heç dünəndən razı deyil. Gəlin unutmayaq ki, burjua höküməti sinfi, avtoritar və mürtəce xarakterə malikdir. Lenin bu haqda belə yazırdı:“ Dövlət sinfi ziddiyyətlərin barışmazlığından doğan və üzə çıxan məhsuldur. Dövlət orada yaranır ki, orada sinfi ziddiyyətlərdə obyektiv olaraq barışıq ola bilməz. Və əksinə: dövlətin mövcud olması sübut edir ki, sinfi ziddiyyətlər barışmazdır”.( Dövlət və inqilab)[ 2 ]
Biz yol verməməliyik ki, demokratiya anlayışı öz daxili məğzini itirsin və istismarçıların sinfi diktaturasının məddahlarının xeyrinə yuxarıdan vətəndaşlara verilən bir qrup bəzi azadlıqların bərabərləşməsi ilə istifadə olunsun. Burjua qanunlarının bərpası üçün mübarizə inqilabi hakimiyyətin qurulması uğrunda mübarizə ilə yanaşı getmirsə, bu yalnız mahiyyətcə diktator sistemin dirçəlməsi, keçmiş hakim sinfin qurulmasından ötrü mübarizədən savayı bir şey deyil, başqa sözlə, məhkumlar zəncirlərini itirməsin, sadəcə bu zəncirlərə indiki kimi o qədər də ağır olmayan qandallar bağlanmasın.
Konflikt vəziyyətində öz üzərinə öhdəlik götürərən oliqarxiya“ demokratiya” nın təsvirini korlamaqla qanun pozur – və birbaşa xalqa hücum edir, bu zaman adi şəraitdə üstqurum vasitələrə əl atmağı tərcih edir ki, bu zülmü maskalamağa imkan verir. Burada sual ortaya çıxır: Nə etməli? Biz bu suala belə cavablandırırıq: Zorakılıq istismarçının imtiyazı sayılmır, istismar olunanların məhz belə eyni hüququ vardır. Bundan başqa, bəzi tarixi anlarda bu hüquqdan yararlanmağa borcludur. Marti deyirdi: Cinayətkar yaxasını kənara çəkə bildiyi müharibəni alovlandırandır. Və üstəlik bu qatil qaçılmaz müharibənin başlanğıcında kömək əlini uzadır.[ 3 ]
29