"Yoldaş" Fanzin Feyral 2017 | Seite 30

ölkələrdə isə hakimiyyətin böhranı ortadadır və subyektiv şərtlərlə əlaqəlidir. Əlbəttə, belə ölkələrdə bütün şərtlər göz qabağında olduğu halda – obyektiv və həm də subyektiv – hakimiyyəti ələ keçirməkdən ötrü mübarizəyə başlamamaq bir cinayət olardı. Harada bu yoxdursa, alternativlər mümkündür və optimal qərar konkret hər ölkə üçün nəzəri diskussiyaların gedişində üzə çıxır. Tarix tək bunu qəbul etmir – proletariatın siyasi mübarizəsində nəzəri və praktik səhvə yol verilsin. Buna oxşar, universiteti bitirmək haqda diplom verildiyi kimi, heç kimin tələb etmək hüququ – avanqard partiyanın rəsmi titul uona verilsin – yoxdur. Partiyanın avanqardı olmaq işçi sinfinin mübarizəsinin önündə durmaq, istisnasız ən qısa yolla hakimiyyəti ələ keçirməyə başçılıq etmək deməkdir. Bu həm də bizim inqilabi partiyanın məramıdır, səhvlərdən qaçmaq üçün əvvəlcədən təhlillərimiz dərin və hərtərəfli olmalıdır.
Bu gün Latın Amerikasında oliqarx diktatura gücləri və xalq təzyiqi arasında dəyişkən tarazlıq vəziyyəti mürəkkəbləşib. Bu diktaturaları oliqarxiya kimi təyin etsək, eyni zamanda mahiyyətcə az və ya çox dərəcədə feodal, mülkədar sinifli hər bir ölkənin burjuaziya ittifaqının irticaçı xarakterini qeyd etmiş olarıq. Bu cür diktaturalar“ qanunilik” şərti altında mövcüddurlar, hansını ki, özləri qeyri-məhdud sinfi hökümranlıqlarının optimal şəraiti üçün yaradıblar; lakin bu cür vəziyyət burjua qanunlarına etiraz edən xalq kütlələrinin təzyiqini artırır, kütlənin təzyiqinə davam gətirə bilmək üçün onun yaradıcılarını qanun pozuntuları etməyə məcbur olur. Lakin həyasızcasına edilmiş – ya da sonradan olanlara bəraət üçün qəbul edilmiş – qanun pozuntuları yalnız xalq kütlələrinin təzyiqini daha da artırmağa xidmət edir. Bu oliqarx diktaturanı köhnə qanunvericilik normalarının yenidən bərpa etməyə məcbur edir- frontal sinfi toqquşmaları zədələmədən konstitusion quruluşu dəyişmək və uğurla proletar mübarizəsini yatırtmaq üçün. Ancaq elə buradaca bir
28