"Yoldaş" Fanzin Feyral 2017 | страница 29

-İnqilab hansı xarakter daşıyacaq – dünyəvi keçid xarakterli və ya iztirablarla yeni dünya doğulacaq – inqilabçıdan asılı deyil, bu yeni cəmiyyətin yaranmasına müqavimət göstərən irticaçı gücdən asılıdır, hansı ki, bu özü köhnə cəmiyyətin daxilində kəskinləşən ziddiyyətin dölüdür. Tarixdə inqilablar uşağın doğulmasına yardım göstərən həkim rolunu oynayır. İnqilab lüzum görmədikdə gücün istifadəsinə müraciət etmir, ancaq doğumu asanlaşdıracaqsa, bu yola tərəddüd etmədən gedir. Doğum məzlum və istismar olunan kütləyə firavan həyat ümidi verir.-Bir çox Latın Amerika ölkələri üçün bu gün inqilab qaçılmazdır. Bu ayrı-ayrı şəxslərin iradəsindən asılı deyil. İnqilabların qaçılmazlığı Latın amerikalıların məruz qaldığı dəhşətli istismarının, kütlələrin inqilabi şüurun formalaşmasının, imperializmin dünya çapında böhranının, yer üzündəki məzlum xalqların mübarizəsinin inkişafının nəticəsidir”.
Bu vəziyyətdə biz əlavə Latın Amerikasında partizan döyüşlərinin təhlilindəki suallara həmçinin əsaslanacağıq. Beləliklə, müəyyən etdik ki, gerilla – sadəcə məqsədə çatmaq üçün vasitələrdən biridir. Bu halda başlanğıc üçün hədəfin özünü analiz etmək zəruridir və müəyyənləşdirmək ki, Latın Amerikasının hər hansı bir ölkəsində silahlı mabarizəyə əl atmadan siyasi hakimiyyətə yiyələnmək mümkündür.
Dinc mübarizə formaları – müstəsna ümumi böhran vəziyyətində – hakimiyyəti təhvil verməyə məcbur edən kütləvi hərəkata təkan ola bilər, hadisələrin qarşısıalınmaz təsiri altında xalq qüvvələrinin iqtidarı sonradan proletariat diktaturasını quracaq. Nəzəri cəhətdən bu mümkündür. Latın Amerikasına yuxarıdakı halı tətbiq etsək, nəticə çıxarırıq: qitədə hakimiyyət əleyhinə kütlələrin zorakı fəaliyyətinə təkan verən, burjuaziya və torpaq sahiblərinin sinfi maraqlarını ifadə edən obyektiv şərtlər mövcuddur, bir çox
27