fürsət verməyən düşmənlə döyüşməyə məcburdur. Bir o qədər effektli təzyiq işçi və tələbələrin şəhərdəki nümayişləridir.-Natamam silahlı dəstələr davamlı yeni döyüşçülərlə tamamlanır, kütlənin hərəkəti yeni dövriyyə toplayır, köhnə quruluş parçalanmağa başlayır – mübarizənin yolunu fəhlə sinfi və şəhər kütlələrinin nümayişləri müəyyən edir.-Düşmənlərinin say, resurs və silah gücündən asılı olmayaraq ta başlanğıcdan silahlı qrupları məğlubolunmaz edən nədir? Xalq dəstəyi – və məhz kütlənin dəstəyi sayəsində militan qruplar hər dəfə çox və daha çox uğura nail olur.-Lakin kəndlilər siyasi şərtlər altında təcrid və mədəniyyətdən ayrı salınmış bir sinifdir. Buna görə də kəndlilərə işçi sinfi tərəfindən və inqilabi intelligensiyanın siyasi idarəçiliyi lazımdır, onlarsız mübarizəni yaymağa və qələbə əldə etməyə kənd qadir deyil.-Hazırkı tarixi şəraitdə Latın Amerikasında milli burjuaziya antifeodal və anti-imperialist mübarizəyə başçılıq edə bilməz. Bu sinif, bizim ölkələrdəki burjuaziya sinfi, praktika sübut etdiyi kimi, hətta maraqları yanki imperializminin maraqlarına zidd olduqda belə, ona qarşı durmaq gücündə deyil, gələcəkdə mümkün sosial inqilab xofu önündə və istismar olunan kütlənin qəzəb səsindən qorxaraq iflic olub.”
Latın Amerikası üçün vacib inqilabi düşüncəni inkişaf etdirərək vəziyyəti İkinci Havana deklarasiyası əlavə təsdiq edir:“- Hər bir ölkənin daxilində subyektiv şərtlər, daha doğrusu, özünüdərk halı, təşkilatlar, rəhbərlik öz inkişafından asılı olaraq inqilabi prosesi ləngidə və ya sürətləndirə bilər, ancaq sonda bütün tarixi dövrlərdə inqilab üçün obyektiv şərait yaranmasının ardınca sinfi özünüdərk formalaşdı, təşkilatlar yaradıldı və lider meydana çıxdı – və inqilab baş verdi.
26