2. Hər zaman inqilabi şərtlərin yetişməsini gözləməyə lüzum yoxdur: üsyançı mərkəz onu özü yarada bilər. 3. Amerika qitəsinin az inkişaf etmiş ölkələrində silahlı mübarizəni əsasən kənd yerlərində aparılmaq lazımdır(“ Partizan müharibəsi”).[ 1 ] Latın Amerikasında inqilabi mübarizənin inkişaf perspektivləri ilə əlaqədar bu çıxarışlar bizim kontinentin gerilla mübarizəsi formalaşacağı istənilən ölkəsinə tam olaraq uyğun gəlir.
İkinci Havana deklarasiyasında deyilir:“- Bizim ölkələrdə zəif inkişaf etmiş sənayə ilə yanaşı, mövcud aqrar münasibətlər feodal xarakter daşıyır. Üstəlik ağır şərtlər altında yaşamasına baxmayaraq, şəhər işçiləri, kənd əhalisinə qarşı müqayisə olunmaz dərəcədə daha amansız bir istismar və irtica ortamı vardır; bununla yanaşı, nadir istisnalarla, mütləq əksər əhali üçün, bir çox Latın Amerikası ölkələrində kəndlilərə qoyulan vergilər 70 %-i üstələyib. – Adətən kəndlərdə deyil, şəhərdə yaşayan torpaq sahibləri nəzərə alınmazsa, kənd təsərrüfatı ilə məşğul əhali muzdlu əmək müqabilində“ mövcud olma” vasitələri əldə edir, aldığı dilənçi pulu və istismar şərtlərilə torpaqda işləmək orta əsrlərdən fərqlənmir. Kənd təsərrüfatının bu kasıb təbəqəsinin Latın Amerikasındakı potensialı böyük inqilabi gücə çevrilir. – Hökumətin ordusu“ qanun daxilində müharibə” aparmaq üçün yaradılmış və təlim görmüşdür və hakimiyyətin sinfi istismarı bu mövcud gücə əsaslanır. Onların qeyri – müntəzəm kənd müharibəsində kəndli şərtlərinə uyğun toqquşma zamanı tamamilə gücsüzlüyü ortaya çıxır; hökümət ordusu hər ölən inqilab döyüşçüsünə 10 əsgər itirir, bu qısa zamanda ruh düşgünlüyünə və demoralizasiyaya gətirir, gələcəkdə görünməz və məğlubedilməz, tədris edilmiş akademik taktiki təlimləri və sair hərbi fəndləri keçirməyə
25