siyasi hakimiyyəti ələ keçirməkdir. Bu o deməkdir ki, hər bir Latın Amerikası ölkəsində ayrıca götürülsə, vəziyyətin təhlili üçün biz ondan çıxış etməliyik ki, partizan müharibəsi – yalnızca siyasi hakimiyyəti ələ keçirməyin sıradan bir üsuludur.
Ardınca həmin anda sual ortaya çıxır: Ola bilər ki, partizan müharibəsi bütün Latın Amerikası ölkələrində siyasi hakimiyyətə yiyələnməyin yeganə metodudur? Və ya ən azı, əsas metoddur? Ya da mübarizə yollarından sadəcə hər hansı biridir? Və bu əsas da: qitənin digər ölkələrində mövcud indiki hal Kuba inqilabı təcrübəsini tətbiq etmək olarmı?
Açılmış polemikanın gedişində, gerilla mübarizəsində şəxsən iştirak etmək marağında olanları adətən kütlənin mübarizəsini“ heçə saymağa” görə tənqid edirlər – beləcə biri digərini inkar edir. Biz oxşar təsəvvürü rədd edirik: partizan müharibəsi – bu xalq savaşıdır, bu kütlənin mübarizəsidir. Yerli sakinlərin dəstəyi olmadan bu tip müharibə aparmağa cəhd öncədən özünü qaçılmaz məğlubiyyətə məhkum etmək deməkdir. Partizanlar – xalqın əsgəri avanqardıdır, müəyyən ərazidə əməliyyat aparan silahlı avanqard və bir sıra ardıcıl hərbi əməliyyatlar yolu ilə öz strateji məqsədini reallaşdırmaq – hakim qüvvə olmaqdır. Partizanlar əməliyyat gedən həmin bölgənin və ümumilikdə bütün ərazinin kəndli və işçi kütləsinin köməyindən yararlanır. Bu ilkin şərtlər olmadan gerilla müharibəsinə başlamaq olmaz.
“ Biz hesab edirik ki, Latın Amerikası kontinentinin inqilabi hərəkatı üçün Kuba inqilabı təcrübəsindən önəmli 3 əsas dərs götürülə bilər: 1. Müntəzəm orduya qarşı müharibədə xalq qüvvələri qalib gələ bilər.
24