Ernesto Çe Gevara
Partizan müharibəsi metod kimi
Dünya tarixində Partizan müharibəsi( Gerilla müharibəsi) dəfələrlə, müxtəlif şərtlər altında və müxtəlif hədəflər üçün aparılmışdır. Son zamanlarda xalqın avanqardları hərbi üstünlüyə sahib düşmənlə qeyri – müntəzəm silahlı mübarizə yolu seçərkən xalq – azadlıq müharibələrində buna üstünlük verir. Asiya, Afrika və Latın Amerikasında iqtidarı ələ keçirmək üçün və feodal, neomüstəmləkə, müstəmləkə istismara qarşı mübarizənin gedişində belə olmuşdur. Avropada partizan müharibəsini köməkçi vasitə kimi nizamlı ordunun özünün və ya müttəfiqlərinin hərbi fəaliyyət yolu olaraq seçilmişdi. Latın Amerikasında partizan müharibəsinə müxtəlif səbəblərdən gedilib. Bununla bağlı yaxın nümunə olaraq yanki ekspedisiya korpusu ilə Nikaraqua Seqoviasında döyüşmüş Cesar Augusto Sandinonun təcrübəsini xatırlamaq olar. Və daha sonra – Kubada bu yaxınlardakı inqilabi müharibəni. Bu dövrdən partizan müharibəsinin aparılması məsələsi qitənin mütərəqqi partiyalarının nəzəri diskussiyalarının mövzusuna çevrilmişdir, üstəlik polemika mövzusu imkanlar, məqsədəuyğun partizan mübarizəsinin aparılması oldu.
Verilmiş qeyd gerilla müharibəsi və onun düzgün aparılma yolları ilə əlaqəli ideyalarımızı açıqlamaq cəhdidir.
Başlanğıc üçün bildirək ki, bu mübarizə forması ümumilikdə yalnız vasitədir – qoyulmuş məqsədə yetişmək üçün metod. Hər bir inqilabçı üçün vacib, mütləq hədəf
23