"Yoldaş" Fanzin Feyral 2017 | Page 39

Bizim proqnozumuz bu yöndədir. Biz tarixin doğruluğumuzu təsdiq edəcəyinə güvənərək bu proqnozu veririk. Həm Latın Amerikasında, həm də bütün imperialist dünyasında obyektiv və subyektiv amillərin təhlili gəldiyimiz nəticələrin doğru olduğu etimadını bizə verir.
*** 1) Gevara E. Partizan müharibəsi. M. 1961. S. 11 2) Lenin V. İ. Seçilmiş əsərlər T. 33 M., 1981. S. 7. 3) Sit: Marti X. Şimaliamerikan səhnələri M., 1963 S. 19. 4) Lenin V. İ. SƏT. T. 10. M., 1979. S. 340. 5) Lenin V. İ. SƏT. T. 30. M., 1980 S. 133. 6) Lenin V. İ. SƏT. T. 33. S. 75.
*“ Tərəqqi uğrunda ittifaq” – Kuba inqlabının qalibiyyətindən sonra C. Kennedi administrasiyası tərəfindən Kuba təcrübəsinin qitədə yayılmasının qarşısını almaq və Latın Amerikasının ABŞ – dan asıllığını qoruyub saxlamaq məqsədi ilə yaradılan sosial – iqtisadi və siyasi reformalar proqramı. Proqram 1961-ci il 19 avqust Punta Del Este( Uruqvay) şəhərində amerikan dövlətləri Təşkilatının İnteramerikan iqtisadi və sosial ittifaqının fövqəladə sessiyasında qəbul olunmuşdur. Proqram 10 ilə hesablanmışdır və əsas məqsədinin Latın Amerika ölkələrində müasir çoxsahəli iqtisadiyyatın yaradılması, sənayeləşmənin, aqrar islahatların, müasir səhiyyə və təhsil sistemlərinin yaradılmasını, kütləvi yaşayış mənzillərinin tikilməsi və siyasi demokratizasiyanın keçirilməsi olduğunu bəyan edilmişdir. Həmçinin hər il adambaşına düşən ümümdaxil məhsulun 2.5 % artırılması,
37