My first Publication Cihanbeyli Dergi iç (4) | Page 42

S YAĞ I NI YORĞANINA GÖ R Ə U Z AT atıcı bazarda müştəriyə səslənirdi: – Gəl, ay müştəri, meyvələrdən qalmadı. Gəl, ay müştəri, meyvə - tərəvəzdən 3 kilosu 1 manata. Gəl, gəl, ay müştəri... Qonşu qadın - Gülsüm xala yaxınlaşıb meyvələrə baxır və deyir: – Zəhmət olmasa mənə hərəsindən 1 kilo çəkin. – Baş üstə. Satıcı meyvə - tərəvəzi çəkib müştəriyə verir. Gülsüm xala meyvələri alıb satıcıya deyir: – İndi üstümdə pulum yoxdur. Olar maaşımı alanda verərəm? – Hə, eybi yox niyə də olmasın. Qonşuyuq da.... Qadın sevincək təşəkkür edib oradan uzaqlaşır. * * * Aylar keçir. Satıcı müflisləşməyə başlayır. Günlərin bir günü yenə də satıcı bazarda meyvə - tərəvəzlərini ucuz qiymətə satırdı: – Gəl, ay müştəri, meyvələrdən qalmadı. Gəl, ay müştəri, meyvə - tərəvəzdən 5 kilosu 1 manata. Gəl, gəl, ay müştəri... Gülsüm xala utancaq – utancaq satıcıya yaxınlaşıb deyir: – Ay qardaş, mənə meyvə - tərəvəzdən hərəsindən biraz çəkə bilərsən? – Bəs əvvəlkilərin pulu nə oldu? – satıcı əsəbi halda dillənir. – Hələ üzərimdə pulum yoxdu – deyərək Gülsüm xala utanır. – Onda ayağını yorğanına görə uzat da ... Gülsüm xala pərişan halda oradan uzaqlaşır. Ümid M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəb Azərbaycan / Xız 41