My first Publication Cihanbeyli Dergi iç (4) | Page 43
GÖZÜNDƏN DÜŞM ƏK
Y
ay vaxtı idi. Bütün uşaqlar bağçada oynayırdılar. İlkin ilə
Anar da voleybol oynayırdılar. Anar İlkinə topu atanda top
qonşunun pəncərəsinə dəyir və pəncərənin şüşələri çilik – çi-
lik olub yerə tökülür. Anar və İlkin qorxudan yerlərində donub
qalırlar. Səs – küyə məhlənin ağsaqqalı gəlir, sınmış şüşələri
görüb
– Uşaqlar, burda nə baş
verib? – soruşur.
Anar öz əməlini İlkinin
boynuna qoyaraq deyir:
– İlkin topu elə möhkəm
atdı ki, top şüşəyə dəyib
sındı.
Ağsaqqal İlkinə acıqlanıb:
– “Dayan, mən sənin valideynlərinlə bu məsələni müzakirə
edərəm.” – deyir.
İlkin yaxın dostu Anarın yalanından çox sarsılır. Amma ağsaqqa-
la heç bir söz deməyib, başını aşağı saldı.
Hadisənin üstündən günlər keçir. Yenə bir gün hər kəs bağça-
da əyləndiyi bir vaxtda İlkin bağçadakı gülləri sulayırdı. Anar onu
görüb heç nə olmamış kimi gəlib İlkinə salam verdi. Əli ilə onun
başını sığallamaq istəyəndə İlkin onun əlini itələyib deyir:
– Çək əlini! Mənim daha sən adlı dostum yoxdur!
Anar öz səhv hərəkətinə görə onsuz da çox peşman olmuşdu.
İndi isə yaxın dostunu itirdiyinə görə pərişan oldu
Səidə
M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəb
Azərbaycan / Xızı
42