My first Publication Cihanbeyli Dergi iç (4) | Page 41
YER İN QULA ĞI VAR
D
ərsarası tənəffüs zamanı
idi. Zeynəb və Anar söh-
bət edirdilər. Anar Zeynəbdən
soruşur:
– Zeynəb, bilirsən Nəzrin summativdən neçə alıb?
– Yox, bilmirəm.
– Deyəsən Zeynəb, Nəzrin summativdən “2” alıb.
– aaa......
Anar ilə Zeynəb söhbət edərkən Güləndam onları gizlincə dinləyirmiş. Tez
gedib Nəzrinə xəbərləyir:
– Nəzrin, Nəzrin, Anar Zeynəbə dedi ki, sən summativdən “2” almısan.
Doğrudur?
Nəzrin bunları eşidib əsəbləşdi. Tez Anarın yanına getdi.
– Anar, utanmırsan?
Anar təəccüblə nə baş verdiyini bilmək istəyir.
Nəzrin:
– Utanmırsan, demisən ki, Nəzrin summativdən “2” alıb?
– aaa ... Sən hardan bilirsən?
– Bəs bilmirsən ki, yerin də qulağı var?
Anar pərt olaraq nə deyəcəyini bilmədi.
Ağamehti
M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəb
Azərbaycan / Xızı
40