My first Publication Cihanbeyli Dergi iç (4) | Page 40

DA M L AYA DAMLAYA G Ö L O LUR N ərgiz telefon mağazasında arzuladığı telefon modelini görmüşdü. Atasına onu almasını istəmişdi. Atası isə indi pulunun az olduğunu, maaş alanda ona istədiyi telefonu alacağına söz verir. Günlər keçdi. Nərgiz məktəbə getməyə hazırlaşırdı. Atası onu yola salanda məktəbdə yemək almağa cib xərcliyi verdi. Nərgiz o vaxtdan çox məyus olmuşdu. Bunu müəllimi də duyub ona yaxın- laşdı: – Nərgiz, qızım, nə olub? Niyə belə bikefsən? Nəsə baş verib? – Xeyir müəllim. Mən telefon almaq istəyirəm. Amma atamın imkanı olmadığı üçün ala bilmirəm. – Atan hər gün sənə xərclik üçün pul verir, düzdü? – Bəli müəllim. – O zaman, gəl belə edək. Sən xərclik pulundan bir qədərini daxılına at.Bir müddətdən sonra xeyli pul yığdığının şahidi olacaqsan. Beləcə sonra istədiyini ala bilərsən. Bu fikir Nərgizin ağlına batır. Günlər, aylar keçir.Artıq Nərgiz bir xeyli pul yığmışdı. O sevincək daxılını açır. Orada gözlədiyindən də artıq pul olduğunu görür. Sevincək atasının yanına qaçıb deyir: – Atacan, bir müddətdir mənə verdiyin xərclikləri yığırdım. İndiəlimdə tele- fonumu ala biləcək qədər pulum var. Gedək alaq? – Ay nə gözəl, qızım. Demək dama – dama göl olarmış. Afərin! Gedək alaq. Nəzrin M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəb Azərbaycan / Xız 39