Gilasmagazine Qış/Зима-2017 Qış/Зима 2017 | Page 96

Acıbadam qurabİyӘlӘrİ ― { ˚ Porsİya: 8-10 ˚ } ―

( ˚ tərkİbİ ˚)

200 qr badam unu 4 yumurta ağı 320 qr şəkər ½ ç. q. badam essensiyası 1.5 ç. q. limon suyu ―

( ˚ üzərİ üçün ˚) badam dənələri

( ˚ Hazırlanmasi ˚)
1. Qazanda yumurta ağı çalınır, şəkər və un əlavə edilir. Qatışıq qazın aşağı həddində 10-12 dəqiqə ərzində qarışdıraraq, bişirilir. Kənara qoyulub, soyudulur.
2. Limon suyu əlavə edilir, qarışdırılır və konditer torbasına tökülür.
3. Bişmə kağızının üzərinə diametri 5-6 sm olan, bir-birindən 3-4 sm aralıqda qurabiyələr sıxılır. Hər qurabiyənin ortasına 1 badam qoyulur.
4. Sobada 130 ° C 30 dəqiqə ərzində, qızılı rəngə çalanadək bişirilir. Hazır qurabiyələr bişən kimi bişmə kağızı ilə birlikdə nəm və soyuq dəsmalın üzərinə qoyulur. Nəmlənən və rahat ayrılan qurabiyələr bir-birilə birləşdirilir.
foto: Fəridə Ələsgər mәtn: Fəridə Ələsgər— фото: Фарида Аласкар текст: Фарида Аласкар
96