Kartoflu kroketlӘr ― { ˚ Porsİya: 2-3 ˚ } ―
( ˚ tərkİbİ ˚)
3-4 kartof 2 yumurta( sarılar iç üçün) 100 qr rəndələnmiş parmezan pendiri ½ dəstə göy soğan 30 qr kərə yağı duz, istiot
( Üzəri üçün:) un, quru çörək qırıntıları
( Qızartmaq üçün:) bitki yağı
( ˚ HazırlanmasI ˚)
1. Kartof qabığı ilə birlikdə suda bişirilir, qabığı soyulub, püre halına salınır. 2. Püreyə rəndələnmiş parmezan pendiri, xırda doğranmış göy soğan, kərə yağı, 2 yumurta sarısı, duz, istiot əlavə edilir, qarışdırılır. 3. Yumurta ağı çalınır. Kroketlər əl ilə top şəklində yumrulanıb əvvəl una, daha sonra yumurta ağına və ən sonda çörək qırıntılarına batırıb, bol yağda qızardılır. 4. Sevdiyiniz sousla servis edilir.
38