Gilasmagazine/Bahar_Весна2016 2016 | Page 31

4. Xəmir əllə biraz yoğrulur daha sonra nazik xəmir açılır. Xəmiri ehtiyyatla bişirəcəyiniz formaya yerləşdirib alt və künclərinə yayılır. Artıq xəmir mərdanəni üzərində yaymaqla kəsilir. Xəmir 15 -20 dəqiqə soyuducuda dinləndirilir. 5. Soyuducudan çıxardıqdan sonra xəmirin üzərinə yağlı kağız sərib lobya səpilir (və ya digər paxlalılar). Xəmir əvvəlcədən 180 C qızdırılmış sobada 10-15 dəqiqə bişirilir. Yarı bişmiş piroqu sobadan çıxarıb üzərindəki lobya götürülür. Əlavənin hazırlanması: 6. Soğanlar təmizlənib yarımhalqa şəklində doğranılır. 7. Tavada kərə yağı və bitki yağı qızdırılır. Soğan əlavə olunub duz səpilir. Soğanlar ağzı bağlı qalın tavada 20 dəqiqə yumşalanadək bişirilir. 8. Mozarella sürtkəcin iri gözündən keçirilir. 9. İspanaq yuyulub, qurudulur və iri parçalar şəklində doğranılır (köklərini istəsəniz kəsə bilərsiniz yaxud xırda xırda doğrayıb içliyə əlavə edə bilərsiniz.) 10. Piroqun ortasına qovrulmuş soğan yerləşdirilir və formaya bərabər şəkildə yayılır. Daha sonra üzərinə ispanaq əlavə edilir və üzərinə sürtkəcdən keçirilmiş mozarella səpilir. Əlavənin hazırlanması: 11. Yumurta kasaya qırılır. Üzərinə sürtkəcdən keçirilmiş parmesan səpib qarışdırılır. Qaymağı əlavə edib duz, istiot, zövqə görə muskat qozu tozu əlavə edilib yaxşıca qarışdırılır. Kişin üzərinə hazırladığınız əlavə tökülür. 12. Kiş əvvəlcədən 180 C dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirilir. 4. Тесто немного размять руками, положить между двумя слоями пищевой пленки и раскатать в тонкий пласт.Аккуратно перенести тесто в форму и распределить по дну и стенкам формы. Лишнее тесто обрезать, покатав скалку по поверхности формы. Форму с тестом убрать в холодильник на 15-20 минут. 31 gilasmagazine