"Yoldaş" Fanzin Feyral 2017 | Page 2

“ YOLDAŞ” dərgisi heç bir maddi maraq güdməyən insanlar tərəfindən, aylıq olaraq həvəskar üsulla çap edilir və pulsuz şəkildə paylanılır. Dərgidəki yazılar geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Əziz yoldaş, imkanlarımızın yalnız məhdud tirajda çapa kifayət etdiyini nəzərə alaraq, dərgini oxuduqdan sonra ətrafınızdakı digər yoldaşlara da verməyinizi tövsiyyə edirik. Unutmayaq ki, ideyalar yalnız kütlələrlə qovuşduqda gücə çevrilir.
Təşəkkürlər!