"Yoldaş" Fanzin Feyral 2017 | Page 19

Lakin utopik sosializm həqiqi bir çarə göstərə bilmirdi. Utopik sosializim nə kapitalizmdəki muzdlu köləliyin mahiyyətini aydınlaşdıra bilir, nə də yeni cəmiyyətin yaradıcısı ola biləcək ictimai qüvvəni tapa bilirdi.
Halbuki feodalizmin, təhkimçiliyin devrilməsi ilə nəticələnən coşğun inqilablar Avropanın hər yerində, xüsusən Fransada getdikcə daha aydın göstərirdi ki, bütün inkişafın əsası və onun hərəkətverici qüvvəsi siniflər mübarizəsidir.
Siyasi azadlığın təhkimçilər sinfi üzərində qazandığı heç elə bir qələbə olmamışdır ki, qızğın müqavimətsiz əldə edilmiş olsun. Az-çox azad, demokratik bir təməl üzərində qurulan heç bir kapitalist ölkəsi kapitalizm cəmiyyətinin müxtəlif sinifləri arasında ölümdirim mübarizəsi getmədən meydana gəlməmişdir.
Marksın dahiliyi ondadır ki, buradan irəli gələn və bütün dünya tarixinin göstərdiyi nəticəni o hamıdan əvvəl çıxarmış və bu nəticəni ardıcıl davam etdirə bilmişdir. Bu nəticə – sinfi mübarizə haqqında təlimdir.
Adamlar hər bir mənəvi, dini, siyasi və sosial ibarələr, bəyanatlar, vədlər arxasında bu və ya başqa siniflərin mənafeyini görməyi bacarmadıqca, həmişə siyasətdə aldatmanın və aldanmanın əbəs qurbanı olmuş və həmişə olacaqdır. İslahat və yaxşılaşdırma tərəfdarları hər bir köhnə təsisatın – nə qədər əcaib və çürük görünsə də – bu və ya başqa hakim sinfin gücü ilə yaşadığını anlamadıqca, köhnəlik tərəfdarları həmişə onları aldadacaqdır. Bu siniflərin müqavimətini qırmaqdan ötrü ancaq bircə çarə vardır: yaşadığımız cəmiyyətin öz içərisində elə qüvvələr tapıb maarifləndirmək və mübarizə üçün təşkil etmək lazımdır ki, bunlar
17