Şaftalı dondurması
Porsiya: 3-4
Tərkibi:
400 ml süd
1 vanil çubuğu
120 qr. şəkər
4 yumurta sarısı
200 ml qaymaq (yağlılığı 33%-dən
çox)
100 qr. şokolad (dördkünc doğranmış)
100 qr. şaftalı(dördkünc doğranmış)
1. Şaftalı dondurucuya qoyulur.
Dərin qazana süd və vanil çubuğunun
tumları tökülür. Qazanı qazın üzərinə
qoyub qaynayanadək qızdırılır. Paralel
olaraq yumurta sarısı ilə şəkər çalınır
və qaynar süd az- az qatışığa əlavə
edilir. Bu zaman dayanmadan məhlul
qarışdırılır. Yenidən dayanmadan
qarışdıraraq qızdırılır və qatılışanadək
bişirilir. Krem tam soyudulur.
2. Soyuq qaymaq qatılaşanadək
çalınır. Krem və qaymaq qarışdırılır.
Dondurulmuş şaftalı tikələri və
şokolad əlavə edilir.
4. Dondurma dondurucuya 30
dəqiqəlik yerləşdirilir. Sonra yenidən
mikserlə çalınır. Bunu 2 -3 dəfə
təkrarlamaq lazımdır.
foto və mətn: Tamilla Jane
foto və mətn: Tamilla Jane
Hazırlanması:
foto və mətn: Tamilla Jane
98
gilasmagazine