Gilasmagazine Qış/Зима-2017 Qış/Зима 2017 | Page 64

3

Dünyada mәşhur olan şirniyyat növlәrindәn biri dә tartdır. Tart açıq piroq növlәrindәn biri olub, fransız kulinariya mәktәbinә aid edilir. Tartın xırtıldayan xәmirli, bişirilәn vә ya bişirilmәyәn kremlә doldurulmuş, müxtәlif meyvәlәrlә bәzәdilmiş çeşidlәri vardır.
Biz Sizә 1 üsulla hazırlanan tart xәmiri әsasında 3 fәrqli dadlı vә kremli tart reseptlәri tәqdim edirik.
Bundan öncә isә sizinlә ideal görünüşlü vә dadlı tart bişirmәyin sirlәri ilә bölüşürük:
1. Xәmir üçün: kәrә yağı vә su mütlәq soyuq olmalıdırlar.
2. Xәmiri tez bir zamanda yoğurmaq lazımdır ki, yağ әlinizin istisindәn әrimәsin.
3. Hazır xәmir soyuducuda mütlәq soyudulmalıdır sonra bişirilmәlidir.
4. Tartı xüsusi tart qәliblәrindә bişirmәk mәslәhәt görülür.
5. Bişirilәn zaman üzәrinә perqament kağızı sәrib noxud( lobya, düyü) tökmәk lazımdır ki, xәmir hәr tәrәfdәn bәrabәr bişsin vә qabarmasın.
6. İstifadә etdiyiniz noxudu( vә ya lobya, düyü) ayrı qabda saxlayıb, dәfәlәrlә tart bişirilmәsindә istifadә edә bilәrsiniz.

7. Tart bişdikdәn sonra mütlәq 6-8 saat soyuducuda soyudulmalıdır. 3

64