Gilasmagazine Qış/Зима-2017 Qış/Зима 2017 | Page 56

3

Әnәnәvi olaraq jurnalımızın hәr buraxılışında Azәrbaycanın müxtәlif bölgәlәrinin mәtbәxlәrindәn sizlәr üçün yemәk vә şirniyyat reseptlәri ilә bölüşürük . Bu dәfә isә yurdumuzun çoxәsrlik tarixә vә mәdәniyyәtә malik , tәbii sәrvәtlәri , hәmçinin gözәl tәbiәti ilә tanınan Naxçıvan diyarından reseptlәr tәqdim edirik .
Azәrbaycan kulinariyasında Naxçıvan mәtbәxinin öz xüsusi yeri var . Naxçıvan mәtbәxi öz fәrqli , eyni zamanda dadlı yemәk , mürәbbә , şәrbәt , halva vә ya şirniyyat çeşidlәri ilә zәngindir . " Arzuman küftәsi ", " Naxçıvan qovurması ", Qatiq aşı , " Çәkmә aş ", " Naxçıvan çöçәsi ", " Ordubad qayğanağı ", " Qozlu dürmәk ", " Tәrhalva ", " Zirәtov ", badımcan mürәbbәsi , küncüt mürәbbәsi , " Alana " mәhz bu qәbildәn olan yemәklәrdәndir .
Biz sizә Naxçıvan çöçәsi , “ Tәrhalva ” vә küncüt mürәbbәsinin reseptlәrini tәqdim edirik .
Naxçıvan mәtbәxinin yemәklәri hәm dә çox dadlı vә faydalıdır . Naxçıvan çöçәsi adı ilә mәhşur olan qozlu vә soğanlı kökәlәr isә çox yumşaq , әtirli xәmirin içindә qeyri-adi dada malik içliyi vә doyumlu olmağı ilә sizin sevimli kökә resepti siyahınıza düşәcәk .
Mәtn : Gülnar Әliyeva

3

56