Gilasmagazine Qış/Зима-2017 Qış/Зима 2017 | Page 41

Qarağat souslu ördӘk budu ― { ˚ Porsİya : 2 ˚ } ―

( ˚ tərkİbİ ˚ )
2 ördək budu 3 qr duz 3 qr istiot 20 qr bal
( Sousu üçün : )
150 qr qarağat ( dondurulmuş ) 10 qr nişasta 5 qr şəkər tozu 20 qr kərə yağı 250 ml su 3 qr duz

( ˚ HazırlanmasI ˚ )
1 . Ördək budları salfetlə qurulanır , duzlanır , istiotlanır . 30 dəqiqə keçdikdən sonra 150 ° C 50-70 dəqiqə qızaranadək bişirilir . 2 . Soba lövhəsinə yığılan yağı hər 10 dəqiqədən bir budların üzərinə çəkmək lazımdır . Bişənə 20 dəqiqə qalmış budların üzərinə fırça ilə bal çəkilir . 3 . Sous üçün : dondurulmuş qarağatların donu açılır . Qazana qarağat və su əlavə edilir , 2 dəqiqə qaynadılır və dərhal süzgəcdən keçirilir . Üzərinə şəkər tozu , duz , nişasta və kərə yağı əlavə edilir , 10 dəqiqə ərzində qarışdıra-qarışdıra bişirilir . 4 . Ördək budlarının üzərinə sous gəzdirilərək süfrəyə verilir .

Утиные ножки с соусом из черной смородины ― { ˚ Порции : 2 ˚ } ―

( ˚ Ингредиенты ˚ )
2 утиные ножки 3 г соли 3 г перца 20 г меда
( Для соуса : )
150 замороженной смородины 10 г крахмала 5 г сахарного песка 20 г сливочного масла 250 мл воды 3 г соли

( ˚ Приготовление ˚ )
1 . Просушить утиные ножки бумажным полотенцем , посолить , поперчить . Через 30 минут выпекать при 150 ° C 50-70 минут до золотистой корочки .
2 . Каждые 10 минут нужно полить ножки выделившимся жиром . За 20 минут до готовности намазать ножки медом .
3 . Для соуса : добавить в кастрюлю ягоды и воду . Кипятить 2 минуты , пропустить через сито , выбросить ягоды смородины . Добавить сахарный песок , соль , крахмал и сливочное масло , варить до загустения помешивая 10 минут .
4 . Перед подачей к столу утиные ножки полить соусом .
41