Ağdaş Yem Emalı Fabriki Süd danası bəsləməsi | 页面 4
Süd danası bəsləməsi texnologiyası
• Süd danası bəsləməsində zavod yemləri də istifadə edilə bilir. Belə bəsləmə ilə əldə
edilən danalar qüvvəli yemlə yemlənmiş süd danası olaraq adlandırılır.
• Süd danaları taxta axurlarda yemlənilir, taxta arakəsməli ağıllarda saxlanılır.
Su qabları da kaucuk və yaxud plastmas olmalıdır. Heç bir halda dəmirlə
təmasa yol verilmir. Əks halda qanda dəmirin miqdarı artır və ətin rənginin
tündləşməsi ilə nəticələnir
• Qüvvəli yemlə yemlənmiş süd danaları ilk 6-8 həftəlik yaşlarında süd və süd
məhsulları ilə bəslənirlər və bu yaşdan sonra enerji ve protein yemlərindən ibarət
qüvvəli yemlə əlavə yemlənirlər ve heyvanlar 300 kg canlı ağırlığa qədər beslənir.
• Tövlədə istilik 16-20°C və nəm %55-75 olmalıdır. Tövlə gün ərzində ən az 8 saat
işıqlandırılmalıdır.
• Süd əvəzləyici qarıştırılırkən suyun temperaturunun 70-80°C olması süd
əvəzləyicinin içindəki yağın daha yaxşı həll olmasını asanlaşdırır. Süd əvəzləyici
yemi isti suda həll olunduqdn sonra soyuq su əlavə edərək duru yemi i 38-40°C –
dək soyutmaq lazımdır.