Ağdaş Yem Emalı Fabriki Süd danası bəsləməsi | Page 3

SÜD DANASI NƏDİR? • Süd və süd məhsulları, süd əvəzləyici yemlərlə yemlənərək yetişdirilən danalara süd danası deyilir. • Süd danası əti (veal) əsasən kolostrum (ağız südü), Süd və süd əvəzləyici duru yemlərlə yemlənən buzovlardan əldə edilir. Ancaq əlavə qüvvəli yemlərlə yemləmə sistemləri ilə də istehsal mümkündür. • Bu danalar 100-200 kg a qədər süd və süd əvəzləyicilər ilə yemlənirlər. Süd yemləri ilə yemlənərək bəslənən süd danasından əldə edilən ət açıq çəhrayı rəngli, nazik ve yumuşaq bir formadadır. Süd danasında ətin açıq çəhrayı rəngli olmasının səbəbi süd məhsulları ilə yemlənmələri və süd məhsullarında da Fe dəmir elementinin az olmasıdır. • Süd danası bəsləməsində heyvanların altına altlıq döşənmir. Heyvanın altlıqdakı samanı və ya otu yeməsi həm xəstəlik riskini artırır, həm də ətin rənginin tündləşməsinə səbəb olur.