Ağdaş Yem Emalı Fabriki Su | Page 3

Rasyondakı duz, mineral və protein miqdarlarının artması su ehtiyacını artırar. Bu qidalı maddələr qandakı osmotik təzyiqi artırır və heyvanın su içməsinə səbəb olur. Ayrıca bu qidalı maddələrin artığı və metabolizm artıqları su ilə (sidiklə) bədəndən atılır Heyvanlarda suyun miqdarından başqa suyun keyfiyyəti də məhsuldarlığa təsir edir. Suyun keyfiyyətində əsas nəzərə alınmalı faktorlar suyun tərkibindəki nitrat və sulfat miqdarlarıdır. Ayrıca bir çox ağır metalların sudakı miqdarları önəmli rol oynamaqdadır. Suda 100-200 ppm nitrat heyvanlar üçün toksikdir. 1g/L sulfat miqdarı heyvanlarda ishala səbəb olur.