Normal qidalı maddə metabolizması prosesində də xeyli miqdarda su ayrılır.
Aşağıda yağların və kabohiratların parçalanmasından ayrılan su miqdarları nümunə olaraq
verilmişdir.
Karbonhidratların parçalanmasından;
C 6 H 12 O 6 + 6O 2→ 6CO 2 + 6H 2 O + Enerji (Parçalanan glükozanın 60%-i qədər su
ayrılmaqdadır).
Yağların parçalanmasından;
C 16 H 32 O 2 + 6O 2→ 23CO 2 + H 2 O + Enerji (Parçalanan yağın 113%-i qədər su
ayrılmaqdadır).
Proteinlərin parçalanmasından da proteinin 40%-i miqdarında su ayrılmaqdadır.
Metabolik su bir çox çöl şəraitində yaşayan və qış yuxusuna gedən heyvanlarda su
ehtiyacını ödəmək üçün çox önəmlidir.Belə heyvanlar orqanizmlərinə topladıqları yağı qıtlıq
dönəmində yandırdıqda həm enerji həm də su ehtiyaclarını qarşılayırlar.
Təsərrüfat heyvanlarının su ehtiyacları
Təsərrüfatdakı heyvanların suya olan təlabatı heyvanın özünə, ətraf mühit amilinə və suyun
keyfiyyətinə bağlı olaraq dəyişir.
Heyvanların su ehtiyacına təsir göstərən faktorlar aşağıdakı şəkildə sıralana bilər.
1) Yeyilən yemin miqdarı
2) Yem tipi və ya yemin nəmlik nisbəti
3) Hava istiliyi
4) Yemin kimyəvi tərkibi
5) Suyun keyfiyyəti
Bir qayda olaraq təsərrüfat heyvanlarının normal şəraitdə 1 hissə yem quru maddəsi üçün 2-
3 hissə su ehtiyacları olur. Yem qəbulu artdıqca suya təlabat da artır. Yemlərin tərkibindəki
su nisbətinin yüksək olması heyvanın içmə suyu ehtiyacını azaldır.
Havanın istiliyinin artması bədən tempraturunu və tənəffüsü artırır, tər vəziləri olan
heyvanlarda (qanadlılarda tər vəziləri yoxdur) tərləmə ilə su itkisi olur.
Havanın isti vaxtlarında içməli suyun tempraturu bədən tempraturunda 5-10 dərəcə daha
soyuq olduğu halda bədən tempaturunun aşağı salınmasında önəmli rol oynayar.