Su
Heyvanların bəslənməsində ən əsas qida maddəsi sudur. Buna baxmayaraq suya qida
maddəsi kimi az əhəmiyyət verilir.
Heyvanlarda bədənin 45-85%-i sudan ibarətdir. Gənc heyvanların vücudunda su nisbətən
daha çoxdur. Heyvanlar yaşlandıqca bədənlərində su miqdarı azalar. Gənc heyvanların
toxumalarında protein çox toplanır. Əzələ toxumaları 75% sudan ibarətdir. Heyvan
yaşlandıqca vücudda yağ artır, su miqdarı isə azalır. Su Canlı orqanizmin əsas
birləşməsinsən biridir. Heyvanların həyatının davam etməsi üçün hər gün mütləq yetəri
miqdarda su içməsi lazımdır.
Heyvan Bəslənməsində suyun önəmi.
Su olmadan həyat olmadığı kimi, heyvanların su ehtiyacı qarşılanmadan rasiyonalbir
yemləmədən söhbət gedə bilməz.
Su heyvan orqanizmində aşağıdakı əsas funksiyaları yerinə yetirir.
1) Orqanizmin əsas tərkib hissəsi olması
2) Orqanizmdəki biokimyəvi reaksiyalarda iştirak etməsi,
3) Bədən tempraturunun saxlanması,
4) Qidalı maddələrin və metabolizm artıqlarının daşınması və bədəndən xaric edilməsi
Heyvan orqanizminin su qaynaqları
Adlarının sadaladığımız funksiyaları yerinə yetirdiyinə görə heyvanların su ehtiyaclarının
qarşılanması məhsuldarlığa təsir edir. Suvarmada və ya suyun keyfiyyətindəki problemlər
məhsuldarlığı aşağı salır. Bunun qarşısını almaq üçün heyvanlara təzə və təmiz içmə suyu
verilməsi təmin edilməlidir. Təsərrüfatdakı heyvanlar su ehtiyaclarını əsasən 3 qaynaqdan
alırlar.
1) İçmə suyu,
2) Yemlərin tərkibindəki su,
3) Metabolizmdən ayrılan su.
Bütün yemlərin tərkibində su vardır.Quru yemlərdə (arpa, buğda, qarğıdalı, qüvvəli fabrik
yemləri, quru ot) əsasən 10-12 % nəmlik olur. Ancaq yaşıl otlar, silos və bir çox sulu sənaye
tullantıları (pivə artığı, meyvə artığı, çuğundur artığı və s.) 90 %-ə qədər nəmliyə sahibdir.Bu
malzəmələrdən yem kimi istifadə edildiyində heyvanlar yemlə önəmli miqdarda su alır.