Öyrenme hekayeli ders planı ÖĞRENME HİKAYELİ DERS PLANI.musiqi | Page 6
Rəqs nədir?
3. Krossvord: Dairədəki hərflərdən istifadə edərək Azərbaycan Xalq rəqslərinin və Azərbaycan xalq
mahnı rəqsinin adını rənglərə uyğun krosvordun xanalarına yerləşdirin. (şək.1)
Müəllim şagirdlərə 5 dəqiqə vaxt verir və lirik musiqi səslənir.
Məlumat mübadiləsi və müzakirəsi-10 dəqiqə
Şəkil 1
Şəkil 1
Vaxt bitdikdən sonra hər bir qrup öz işini təqdim edir. Digər qrup diqqətlə dinləyir, lazım gəldikdə öz
əlavələrini edir, təklif və iradlarını bildirir.
Azərbaycan xalq mahnılarının, rəqslərinin əksəriyyəti 6/8 xanə ölçülüdür. 6/8 ölçüsündə 1 xanədə 6
səkkizlik not yerləşir. Bu cür ritmlər Azərbaycan xalq musiqisində çox geniş yayıldığı kimi, şərq
musiqisində də öz əksini tapmışdır.
Yaradıcı tətbiqetmə:
Qeyd etmək istərdim ki, Azərbaycan musiqisi bütün dünyada tanınır. Xarici bəstəkarlar Azərbaycan
xalq musiqisindən öz əsərlərində istifadə edərək:
M.Qlinka, R.Ştraus “Qalanın dibində bir quş olaydım” Azərbaycan xalq mahnısından istifadə etmişlər.
Görkəmli bəstəkar F.Əmirovla məşhur pianoçu Elmira Nəzirova ərəb xalq mahnı və rəqslərindən
istifadə edərək simfonik orkestr üçün “Konsert” yazmışlar. Bir çox bəstəkarları da qeyd etmək olar.
Bilirik ki, dünyanın hər yerində azərbaycanlılar yaşayır.
1991-ci il 31 dekabr tarixini Dünya azərbaycanlıların Həmrəylik günü elan etmişdir. O vaxtdan bugünə
kimi bu bayram böyük təntənə ilə qeyd olunur.
Gəlin biz də bir olaq, həmrəy olaq.
M-Soruşmaq istərdim İndi hansı fəsildir?